Mənbə: reuters

Nyu-Yorkda yağış fövqəladə vəziyyət yaratdı, ölənlər var

9 nəfərin həlak olduğu haqda məlumatlar var

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində rekord həddə yağış yağıb. Bu səbəblə Nyu-York və yaxınlığındakı Nyu-Cersidə fövqəladə hal elan edilib. Azı 9 nəfərin həlak olduğu bildirilir.

“Reuters”in xəbərində deyilir ki, güclü yağışlar yollarda daşqın və təhlükəli vəziyyət yaradıb.

Nyu-York meri Kati Hoçul (Kathy Hochul) özünün “Twitter” hesabından fövqəladə vəziyyət elan edildiyini bəyan edib:

“Fırtınadan zərər çəkmiş nyu-yorklulara kömək etmək üçün fövqəladə vəziyyət elan edirəm” – deyə, o bildirib.

Nyu-Yorkun bələdiyyə sədri Bill de Blasio isə çərşənbə axşamı yağan güclü yağış və baş verən seli “tarixi hava hadisəsi” - olaraq xarakterizə edib.

Nyu Cersinin bələdiyyə sədri Hector Lora isə CNN -ə verdiyi açıqlamada Nyu-Cersinin Passaic şəhərini su basması nəticəsində ən az bir nəfərin öldüyü bildirib:

“Sel sularının çox toplandığı bir yerdən 70 yaşlarında bir adamın cəsədi çıxarılıb. Onun içində olduğu avtomobil suyun altında qalıb və o, maşının içində boğulub. Avtomobil tamamən suyun altında qaldığından yanğınsöndürənlər onu vaxtında çıxara bilməyiblər”.

Nyu-Yorkda isə biri 2 yaşlı uşaq olmaqla, ümumi 7 nəfərin öldüyü açıqlanıb.

Yerli media fırtına səbəbindən şəhəri su basdığını yazır. Bu səbəbdən xeyli insanın zirzəmilərdə sıxışdığını bildirir.

CNN-in daha öncə verdiyi xəbərdə isə bildirilir ki, Nyu-Yorkda metro fəaliyyətini dayandırıb.

Şəhər səlahiyyətliləri “Twitter”-də bildiriblər ki, hava şəraiti səbəbindən bütün təcili olmayan nəqliyyat vasitələri cümə axşamı səhər saat 5-dək dayandırılıb.

Qasırğa səbəbindən bəzi ərazilərdə elektrik enerjisinin verilməsi də dayanıb.

Fırtına Nyu-Cersi ştatının Gloucester əyalətində bir neçə evə zərər vurub. Ştatın dəmiryol xidmətləri də fəaliyyətini dayandırıb.

Nyu-Cersidəki Newark Liberty Hava Limanından olan uçuşların da bir qismi təxirə düşüb. Gecə yarısına yaxın “məhdud uçuş əməliyyatlarına” başladığı söylənir.

Rəsmilər hava şəraiti düzələnədək insanlara evdən çıxmamağı tövsiyə edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3uh3z9

Ən çox baxılan