Svetlana Xodçenkova

Mənbə: Ria novosti

Başlıq: Svetlana Xodçenkova

“Netflix” Tolstoyun romanı əsasında serial çəkəcək

Film müxtəlif dillərə təcümə ediləcək

“Netflix” rusiyalı yazıçı Lev Tolstoyun “Anna Karenina” əsəri əsasında serial çəkəcək.

“Anna K” adlanacaq serialda baş rolu Svetlana Xodçenkova canlandıracaq.

Digər aktyorlarla bağlı hələ ki, məlumat verilmir.

Serialda hadisələr müasir Rusiyada baş verir.

Sankt-Peterburqun gələcək qubernatorunun həyat yoldaşı Anna Karenina Aleksey Vronski ilə eşq yaşayır.

Serialın çəkilişləri Moskva və Sankt-Peterburqda aparılacaq. Film rus dilində olsa da, başqa dillərə təcümə ediləcək.

Filmin büdcəsi haqda məlumat verilmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/d76wfd

Ən çox baxılan