NATO ordusunun qadın hərbçiləri (Fotoreportaj)

Fotolar cari ilin iyununda NATO-nun Polşada keçirilən Baltops, Noble Jump və Siber Strike hərbi təlimləri zamanı çəkilib.

Source:

NATO hərbi sisteminin əsas özəlliklərindən biri də budur ki, qadınlar da kişilər kimi bərabərhüquqlu hərbi xidmətə cəlb oluna bilir. Bu sistem müqavilə əsasında çalışdığından, yalnız hərbi təhsili olan xanımlar deyil, o cümlədən mülki ixtisas diplomu olanlar da xidmət keçmək imkanı qazanır. NATO-da qadın hərbçilərin fəaliyyəti ofis və dəftərxana şəraiti ilə məhdudlaşmır, onlar həm də aktiv hərbi təlim və əməlyyatlarda iştirak edir. Onların arasında quru, hava qoşunları, hərbi dəniz donanmasında xidmət edənlər də var. Xidmət növündən asılı olmayaraq, hər zaman hərbi geyimdə olurlar və bir müddətdən sonra rütbələrə layiq görülürlər. Mülki həyatdan hərbiyə gəlmiş xanımlar burada ictimaiyyətlə əlaqələr, fotoqraf, rabitəçi kimi fəaliyyət göstərir. Prosedur isə bu cürdür- özləri orduya müraciət edir, ərizə formasında xidmət etmək istədiyi sahəni göstərir. Ehtiyac yarandığı tədqirdə komandanlıq onunla əlaqə saxlayır və minimum 5 illik müqavilə imzalanır. Hərbçi xidmət qarşısında aylıq əmək haqqı alır.

Bu fotolar cari ilin iyununda NATO-nun Polşada keçirilən Baltops, Noble Jump və Siber Strike hərbi təlimləri zamanı çəkilib. (NATO təlimləri barədə ətraflı

bu linkə

daxil olaraq oxuya bilərsiniz)

Ana səhifəFotoreportajNATO ordusunun qadın hərbçiləri (Fotoreportaj)