Müslüm Maqomayevin xatirə tədbiri keçirilib

Foto: report.az

Sənətçiyə Bakıda abidə qoyulub

Avqustun 17-də Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Sənətkarın 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda xatirə tədbiri keçirilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov və Müslüm Maqomayevin ailə üzvləri ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri, incəsənət xadimləri iştirak edib.

Bəstəkarın xanımı Tamara Sinyavskaya, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət naziri Anar Kərimov çıxış ediblər.

Eyni zamanda, Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub.
Mərasimdə Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Foto: report.az

Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində musiqi tədbiri olacaq.

Tədbirdə Azərbaycanın xalq artistləri Emin Ağalarov, Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Samir Cəfərov, əməkdar artist Azər Rza, Başqırdıstanın xalq artisti Askar Abdrazakov, Gürcüstanın xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın əməkdar artisti Yana Melikayeva və digər ifaçılar çıxış edəcək.

Yubiley gecəsində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.

Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında vəfat edib.

Ana səhifəMədəniyyətMüslüm Maqomayevin xatirə tədbiri keçirilib