Muratovun “Nobel” mükafatı 103,5 milyon dollara satılıb

Dmitri Muratov. Mənbə: Reuters

O, pulu Ukrayna Qaçqınlar Fonduna ianə ediləcək

Rusiyanın müstəqil qəzeti – “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratovun hərraca çıxardığı Nobel Sülh Mükafatı medalı 103,5 milyon dollara satılıb.

Muratovun daha öncə də bildirdiyi kimi hərracdan əldə onunan gəlir Ukrayna Qaçqınlar Fonduna ianə ediləcək.

“Heritage Auctions” şirkəti hərracın qalibinin adını açıqlamayıb.

Dmitri Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə “ifadə azadlığını qorumaq cəhdlərinə görə” alıb.

Rusiyanın ictimai-siyasi qəzeti olan “Novaya Qazeta” müxalif liberal-demokratik və insan haqları istiqamətlərində fəaliyyəti, həmçinin jurnalist araşdırmaları ilə tanınır.

Qəzetin “online” variantının fəaliyyəti və kağız üzərində nəşri bu ilin martında Rusiyanın Ukraynaya hərbi müdaxiləsini “müharibə” adlandırdığı üçün bloklanıb.

Ana səhifəMədəniyyətMuratovun “Nobel” mükafatı 103,5 milyon dollara satılıb