Mühacirlər Əliyevi Berlində aksiya ilə qarşılayacaqlar

Foto: Əfqan Muxtarlının şəxsi səhifəsindən

Onlar ölkədəki təzyiqlərə son qoymağı və siyasi məhbusların azad edilməsini tələb edəcəklər

Almaniyada fəaliyyət göstərən Azərbaycanın siyasi mühacir qurumları Prezident İlham Əliyevi Berlində aksiya ilə qarşılayacaqlar.

Bu barədə aprelin 23-də Avropada yaşayan siyasi mühacirlər – AND, DAS, AKM və Avropa Müsavatçıları təşkilatlarının birgə Təşkilat Komitəsi açıqlama yayıb.

Təşkilatçılar Meydan TV-yə deyiblər ki, onlar ölkədəki repressiv mühit, siyasi fəallara, media təmsilçilərinə təzyiqlərə etiraz edəcək, siyasi məhbuslara azadlıq tələb edəcəklər.

Rəsmi məlumata görə, İlham Əliyev aprelin 25 və 26 -da Berlində rəsmi səfərdə olacaq:

Həmin tarixlərdə Almaniya Xarici İşlər Nazirliyində Bakıda keçirilməsi nəzərdə tutulan COP29 konfransı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə İlham Əliyev və Ekologiya naziri Muxtar Babayev iştirak edəcək”.

Aprelin 26-da Əliyev Almaniya kansleri Olaf Şoltsa görüşəcək. Ölkə başçılarının görüş günü  etiraz aksiyası keçirəcəyik”, – deyə məlumatda qeyd olunub.

Təşkilat Komitəsi aksiyaya icazə verildiyini bildirib.

Ana səhifəSiyasətMühacirlər Əliyevi Berlində aksiya ilə qarşılayacaqlar