Mühacirlər azərbaycanlı məmurlara sanksiya tələb edirlər

“Saxlanılan şəxslərin sağlıq durumuyla bağlı ictimaiyyətə məlumat verilsin”

Source: Specify Source


Aksiyanın şüatı "siyasi məhbuslara azadlıq", "repressiyalara son" olub

Almaniyada yaşayan mühacirlər azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunmasını tələb ediblər. Bu məqsədlə iyulun 9-da Berlin şəhərində ABŞ-ın Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə "siyasi məhbuslara azadlıq", "repressiyalara son" tələblərilə mitinq keçirilib.

Aksiyanın təşkilatçısı Demokratik Azərbaycanı Seç (DAS) təşkilatıdır.

Aksiyanın iştirakılarından Məmməd Qarayev Meydan TV-yə deyib ki, Azərbaycanda 1993-cü ildən qurulmuş siyasi rejim ölkədə mövcud olan bütün siyasi təsisatları sıradan çıxarıb, sərbəst toplaşmaq imkanlarını məhdudlaşdırıb:

"Demokratik prinsipləri tamamilə məhv edib. Son illər ölkədə siyasi məhbusların sayı 100-ü keçib. 2014-cü ildən sonra Azərbaycan məkanında vətəndaş cəmiyyəti tamamilə sıradan çıxarılıb. İctimai nəzarət demək olar ki, yox səviyyəsindədir. Müstəqil çap mətbuatı da artıq Azərbaycan məkanında yoxdur. Bütün telekanallar siyasi hakimiyyətin birbaşa nəzarətindədir. Müstəqil və tənqidi fikir bildirənlərə qarşı siyasi hakimiyyətin sifarişilə saxta məhkəmələr qurulur və saxta ittihamlarla (vətənə xəyanət, dövlət çevrilişinə cəhd, vergidənyayınma, narkotika, dələduzluq, karantin qaydalarını pozma və s.) həbslər həyata keçirilir".

image_from_ios (2).jpg
“Demokratik prinsipləri tamamilə məhv edib”.

Məmməd Qarayev deyib ki, Azərbaydanda ictimai narazılığı və çatışmazlıqları dilə gətirən müxalifətçilər, inanclı insanlar, jurnalistlər, siyasi tənqid bildirənlər, vətəndaş cəmiyyəti fəalları, blogerlər, hətta adi sosial problemlərini etiraz şəklində dilə gətirən şəxslər belə susdurulur.

“Son dövrlər bütün dünyanı bürümüş COVİD-19 pandemiyası zamanı da Azərbaycan hakimiyyəti öz ənənəsinə sadiq qalaraq hökumətin fəaliyyyətini tənqid edənləri, normal şəkildə media fəaliyyəti həyata keçirmək istəyənləri, sosial problemləri işıqlandırmaq istəyənləri, insanlara yardım etmək istəyənləri həbsə məhkum edib. Hökumət ictimai narazılığın artmasını repressiv yolla almağa çalışır. Təkcə onu qeyd etmək olar ki, pandemiyadan qorunmaq üçün tətbiq edilən məhdud fəaliyyət dövründə 20-dən artıq şəxs həbs edilib. Onların bir neçəsinə cinayət işi açılıb. Bəzilərinə işgəncə verilib. Aksiyamızın məqsədi bu problemləri gündəmdə saxlamaqdır".

image_from_ios.png
“Müstəqil çap mətbuatı da artıq Azərbaycan məkanında yoxdur”.

Aksiyaçılar tələb edib:

Azərbaycan hakimiyyəti COVİD-19 epidemiyası zamanı və ondan əvvəl həbs edilən, barəsində saxta ittihamlarla cinayət işi açılan siyasi məhbusların hamısını azad etsin;

  • Saxlanılan şəxslərə qarşı işgəncə hallarına son qoyulsun;
  • Saxlanılan şəxslərin vəkillərilə və ailələrilə sərbəst görüşməsinə icazə verilsin;
  • Saxlanılan şəxslərin sağlıq durumuyla bağlı ictimaiyyətə məlumat verilsin;
  • Siyasi təzyiqlərə, təqiblərə, həbslərə – bütövlükdə repressiyalara son qoyulsun;
  • Tələbimiz üzərində Azərbaycan hökumətinə edilən müraciətlər haqqında bizə də məlumat verilsin;
image_from_ios (5).jpg
“Saxlanılan şəxslərə qarşı işgəncə hallarına son qoyulsun”

Aksiyanin digər təşkilatçısı Aqil Hüseynov isə deyir ki, Yasamalda baş verən hadisələr, AXCP fəalı Niyaaməddin və Said Bakuvinin, Mübariz Məsimovun sifarişli həbsləri göstərdi ki, Azərbacyan alternativ fikirləri qəbul etmir:

"Polis qanunları deyil, konkret olaraq Əliyevlər diktatura hakimiyyətinin güclənməsinə müdafiə etməsinə xidmət edir".

İştiakçılar mitinqi sonunda müraciətlərini və tələblərini ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinin, Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndələrinə təqdim ediblər.

image_from_ios (4).jpg
“Polis qanunları deyil, konkret olaraq Əliyevlər diktatura hakimiyyətinin güclənməsinə müdafiə etməsinə xidmət edir”.
Ana səhifəSiyasətMühacirlər azərbaycanlı məmurlara sanksiya tələb edirlər