Müğənni Baloğlan Əşrəfov vəfat edib

”Tezliklə sağalacağıma inanıram”, – demişdi.

Source: Specify Source


O, 18 gündür koronavirusdan müalicə aldığını deyirdi

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusun qurbanı oldu. Bu barədə prodüsser Tolik kimi tanınan Tarix Əliyev məlumat yayıb. Bir gün öncə isə müğənni Meydan TV-yə

açıqlamas

ında “On səkkiz gündür ki, ev şəraitində müalicə olunuram. Səhhətim normaldır. Özüm xəstəxanaya getmək istəmirəm. Tezliklə sağalacağıma inanıram”, – demişdi.

Sənətçi 1951-ci ildə Masallıda doğulub. O, uzun müddət qaraciyər serrozundan əziyyət çəkib. 2007-ci ildə azərbaycanlı iş adamı Mübariz Mənsimovun maddi yardımı ilə ona Türkiyədə qaraciyər köçürülüb.

Ana səhifəMədəniyyətMüğənni Baloğlan Əşrəfov vəfat edib