Müğənni xəstəxanaya getmək istəmədiyini deyib
“On səkkiz gündür ki, ev şəraitində müalicə olunuram. Səhhətim normaldır. Özüm xəstəxanaya getmək istəmirəm. Tezliklə sağalacağıma inanıram”.
Bu sözləri Meydan TV-yə yeni növ koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov deyib.
Sənətçi 1951-ci ildə Masallıda doğulub.
O, uzun müddət qaraciyər serrozundan əziyyət çəkib.
2007-ci ildə azərbaycanlı iş adamı Mübariz Mənsimovun maddi yardımı ilə ona Türkiyədə qaraciyər köçürülüb.