Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun əsgəri qeyri-döyüş şəraitində həlak olub

Foto: Müdafiə Nazirliyi

Hadisənin bu gün baş verdiyi bildirilir

Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət edən əsgər Asif Məhərrəmzadənin həlak olduğu bildirilir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Nazirlik Bakı qarnizonundakı N nömrəli hərbi hissənin əsgəri Asif Məhərrəmzadənin yanvarın 22-də həlak olduğunu qeyd edib.

“Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır”,-deyə bildirilib.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Azərbaycan Ordusunun əsgəri qeyri-döyüş şəraitində həlak olub