Müalicə olunan neftçilərdən beşi evə buraxılıb

Evə buraxılan neftçilər – Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir.

Source:

Evə buraxılan neftçilər – Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir.

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 5 nəfəri evə buraxılıb.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, evə buraxılan neftçilər – Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir.

A. Fətəliyeva qeyd edib ki, hazırda xəstəxanada olan 25 neftçinin müalicəsi davam etdirilir.

Dekabrın 4-də baş verən qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Ana səhifəXəbərlərMüalicə olunan neftçilərdən beşi evə buraxılıb