Nikol Paşinyan

Mənbə: tass.ru

Başlıq: Nikol Paşinyan

MSK sədri: Paşinyanın partiyası 53,92 faiz səs toplayıb

Tiqran Mukuçyan: "Nəticə Nikol Paşinyanın təkbaşına hökuməti formalaşdırmağa imkan yaradır"

"Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın lideri olduğu "Vətəndaş Müqaviləsi" Partiyası 20 iyun parlament seçkilərində 53,92 faiz səs toplayıb. Mövcud nəticə Nikol Paşinyanın təkbaşına hökuməti formalaşdırmağa imkan yaradır".

Bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama verib.

O, bülletenlərin 95.8 faizinin sayıldığını əlavə edib.

MSK sədri sabiq prezidentlər Ter-Petrosyanın "Erməni Milli Konqresi"nin 1.54, Robert Köçəryanın "Ermənistan" blokunun 21.04, Serj Sarkisyanın "Şərəfim var" blokunun isə 5.23 faiz səs topladıqlarını söyləyib.

Onun sözlərinə görə, ümumilikdə ölkə üzrə seçicilərin 49 faizi səsvermədə iştirak edib: "4 682 bülleten etibarsız elan olunub".

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkilərdə 25 siyasi qüvvə-21 partiya, 4 blok iştirak edib.

2 milyon 578 min seçicidən 1 milyon 281 min 174 adam (49.4 faiz) səsverməyə qatılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fkzd59

Ən çox baxılan