Mixail Mişustini

Mənbə: google

Başlıq: Mixail Mişustini

Mixail Mişustini Rusiyanın Baş naziri olacaq

Rusiya Prezidenti Vergi Xidmətinin rəhbərinə hökumətin başçısı olmağı təklif edib

Putin Federal Vergi Xidmətinin başçısı Mişustini Baş nazir vəzifəsinə təklif edib

Prezident Vladimir Putin Federal Vergi Xidmətinin başçısı Mixail Mişustini Baş nazir vəzifəsinə təklif edib, - TASS Kremlə istinadən xəbər verir.

Mətbuat xidmətindən Prezidentin FVX başçısı ilə iş görüşü keçirdiyi və ona hökumət sədrliyini təklif etdiyi dəqiqləşdirilib. “O, razılıq əldə edərək Mişustinin Baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasının müzakirəsinə buraxıb”, – Kremldən bəyan ediblər. Parlamentin Aşağı Palatası yanvarın 16-da onun təyinatını müzakitə edəcək.

Vergi idarəsinin başçısı artıq Dövlət Dumasına gəlib. Onun sədri Vyaçeslav Volodin Duma Şurasının növbədənkənar iclasını keçirir. Bu iclasda bütün fraksiyaların rəhbərləri iştirak edir. Mişustin həmçinin onlarla görüşüb, Volodinin müşaviri Anastasiya Kaşevarova “Telegram”-kanalda yazır.

Mixail Mişustin FVX-nə 2010-cu ilin aprelindən başçılıq edir. O, bundan əvvəl Xüsusi İqtisadi Zonaların İdarəsi üzrə Federal Agentliyə rəhbərlik edib. Onun vəzifəsi dövründə Tatarıstanda, Dubnada və Zelenoqradda iqtisadi zonalar açılıb. O, 2008-ci ildə UFG (“İnvest Birləşmiş Maliyyə Qrupu”) şirkətlər qrupunun prezidenti olub.

Putinin Federal Məclisə müraciətindən sonra Baş nazir Dmitri Medvedyev hökumətin istefasını elan edib, ona Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini təklif ediblər. Prezident istefa haqqında fərmana qol çəkib. “Vahid Rusiya” yanvarın 16-da sədrin namizədliyi üzrə fraksiyanın iclasını keçirəcək. “Novaya qazeta”nın mənbələrinin verdiyi məlumata görə, baş verənlər hökumət üzvləri üçün gözlənilməz olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qugjje

Ən çox baxılan