Mingəçevirdə kütləvi zəhərlənmə olub

Foto: https://mi-news.az/

TƏBİB: “16 nəfərin 14-ü evə buraxılıb”

Aprelin 3-də zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına 16 nəfər gətirilib. Onlardan 11 nəfəri orta yaşlı, 5-i uşaq olub.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məlumatı təsdiqləyib. Qurumun yaydığı məlumatda deyilir ki, xəstəxanaya yerləşdirilənlərin 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Digər 2 nəfərin isə vəziyyəti stabildir.

“Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır”, – məlumatda deyilir.
Xəstəxanadan Meydan TV-yə bildirilib ki, hadisənin dəm qazından baş verdiyi ehtimal olunur.

Ana səhifəBölgəMingəçevirdə kütləvi zəhərlənmə olub