Milli Məclisin xərclərinə 42,2 milyon manat ayrılıb

Onun digər təklifi iclas zalında deputatlar üçün noutbuk qoyulması barədə olub.

Foto: Milli Məclis


Siyavuş Novruzov ezamiyyə xərclərinin artırılmasını təklif edib

Parlamentin dekabrın 25-də keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, gələn ili üçün Milli Məclisin xərclər smetası 42 milyon 270 min 400 manat nəzərdə tutulur.

Bu vəsait aşağıdakı kimi bölüşdürülüb:


– əməyin ödənişi üçün 34 milyon 492 min 90 manat,


– ştatda olan işçilərin əməkhaqqına 22 milyon 577 min 364 manat


– deputatların əməkhaqqına 5 milyon 382 min 624 manat


– ekspertlərin əməkhaqqına 7 milyon 680 min manat


– Milli Məclis Aparatı üzrə əməkhaqqına 7 milyon 671 min manat


– Deputat köməkçilərinin əməkhaqqına 2 milyon 250 min


– Milli Məclisin İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat


– dövlət qulluğu ilə əlaqədar əlavələrə 2 milyon 258 min 340 manat


– Ştatdan kənar işçilərin əməkhaqqına 37 min 800 manat


– əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə 4 milyon 971 min 140 manat


– əməkhaqqına görə ayırmalara 6 milyon 905 min 786 manat


– ezamiyyə xərcləri üçün 870 min manat


– nəqliyyat vasitələri üçün 300 min manat.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin ezamiyyə xərclərinin artırılmasını təklif edib. Onun digər təklifi iclas zalında deputatlar üçün noutbuk qoyulması barədə olub.

Spiker Sahibə Qafarova deyib ki, layihə 2021-ci il üçün büdcə zərfi üçüncü oxunuşda müzakirəyə çıxarılan zaman səsverməyə çıxarılaraq birgə qəbul ediləcək.

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 28-də keçiriləcək. Həmin gün büdcə zərfinə daxil olan məsələlər II oxunuşda müzakirə ediləcək.

Ana səhifəSosialMilli Məclisin xərclərinə 42,2 milyon manat ayrılıb