04:12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən jurnalistlər səhər saat 9-da dindiriləcəklər. Bu barədə idarənin qarşısına toplaşan jurnalistlərə növbətçi hissədən məlumat verilib. Bildirilib ki, hazırda idarədə müstəntiq olmadığından jurnalistlər səhər saat 9-da dindiriləcəklər.
***
02:50 Hava limanında saxlanılan jurnalistlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılırlar. Hazırda Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov da 30 sutka azadlıqdan məhrum edilərək, həmin idarədə saxlanılır.
***
Meydan TV ilə əməkdaşlıq edən daha üç qadın jurnalist sentyabrın 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıblar. Ukraynadan təlimdən qayıdan jurnalistlər – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya bildirilib ki, onların adı sistemdə bloklanıb. Bu barədə Meydan TV-yə jurnalistlərin özləri məlumat verib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib. Onlar hazırda Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilmək üçün aparılırlar.