Metropoliten aksiyasında polis zorakılığı


Metro stansiyalarda ticarət obyektlərinin sökülməsinə etiraz edən satıcıların növbəti aksiyaları baş tutmadı. Polis zorakılıqla aksiyaçıları dağıtdılar.

Martın 12-də saat 12 radələrində stansiyalardakı mağazaların sökülməsinə etiraz edən saatıcılar yenidən Metropoliten İdarəsi qarşısında aksiya keçirməyə cəhd ediblər. Lakin İdarəni əhatəyə alan çoxlu sayda polis vətəndaşlara zor tətbiq edərək ərazidən uzaqlaşdırmağa cəhd göstəriblər. Bu zaman askiyaçılarla polis arasında qarşıdurma yaranıb, 5 nəfər saxlanılıb.

Aksiyaçılardan iki nəfər Metropoliten İdarəsində rəhbərliklə görüşə bilib. Onlar bəzi suallarının cavabladırıldığını, digərləri ilə də bağlı da onlara məlumat verəcəklərinin vəd edildiyini bildirdilər.

Ana səhifəVideoMetropoliten aksiyasında polis zorakılığı