Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Samir Əliyev: Ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb

Nemət Əliyev: Qara bazar dövriyyəsi bir az da böyüyəcək

Rəşad Həsənov: Azalmanın əsas səbəbi Mərkəzi Bankın bazarda iştirakçılığıdır

Source:
AMB foto sosial şəbəkə
AMB foto sosial şəbəkə


Samir Əliyev: Ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb


Nemət Əliyev: Qara bazar dövriyyəsi bir az da böyüyəcək


Rəşad Həsənov: A


zalmanın əsas səbəbi Mərkəzi Bankın bazarda iştirakçılığıdır

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində azalma müşahidə olunur.

Məlumatı AMB-nin saytı yayıb.

Bildirilir ki, 2016-cı il oktyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib. Bu, sentyabr ayı ilə müqayisədə 3,08 faiz və ya 127,2 mln. dollar azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,4% və ya 2 mlrd. 829,1 mln. dollar azalma olub.

Xəbəri öz “Facebook” səhifəsində şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, sonuncu dəfə 2008-ci il yanvarın 4-ü tarixinə valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub. Bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 31 iyul 2014-cü ildə qeydə alınıb. Həmin vaxt Mərkəzi Bank 15 milyard 193.4 milyon dollarlıq ehtiyata malik olub:

“2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti Mərkəzi Bank ehtiyatlarını 11,2 milyard dollar “əridib”.

Samir Əliyev foto sosial şəbəkə

Göründüyü kimi, ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb. Mərkəzi Bank isə bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək. Manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir. İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6,5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi 7,6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq, Neft Fondu ilin sonuna ən yaxşı halda 1-1,5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir. Mərkəzi Bank isə ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsa, bazara uzağı 100-200 milyon dollar çıxaracaq. Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək”.

İqtisadçı Nemət Əliyev “Facebook” səhifəsində AMB-nin məlumatını “Mərkəzi Bank bu gün növbəti yeni rekorda imza ataraq manatı daha da gözdən salıb”,-deyərək ifadə eidb.

Nemət Əliyev foto sosial şəbəkə

N.Əliyevin qənaətincə, ölkədə qiymətlərin sabitliyinə görə məsuliyyət daşımalı olan Mərkəzi Bank “manatı” elə hala gətirib ki, dəyərini saxlaya, bir yerdə qərar tuta bilmir. Mərkəzi Bankın ipinin üstünə odun yığılası deyil artıq. İndi görün özəl kommersiya bankları nə haldadır: “Əminliklə demək mümkündür ki, belə siyasətlə banklara, milli valyutaya itmiş inamı bərpa etməkdən söhbət gedə bilməz. Mərkəzi Bankın bu yöndəki siyasəti davam etdikcə xarici valyutada kredit borcu olanların borc yükü daha da artacaq. Manatla saxlanan əmanət və depozitlər, dövriyyədə olan kredit resursları növbəti dəfə dəyərini itirəcək ki, bu da manata inamı daha da sarsıdacaq. Qara bazar dövriyyəsi bir az da böyüyəcək ki, bu da hesablaşmalarda milli valyutanın rolunu xeyli zəiflədəcək. Bahalaşma əlavə sürət alacaq ki, bu da gərgin sosial vəziyyəti daha da pisləşdirəcək”.

AMB-nin  məlumatını Meydan TV-yə şərh edən iqtisadçı Rəşad Həsənov azalmanın əsas səbəbini Mərkəzi Bankın bazarda iştirakçılığında görür: “İlkin azalma sentyabrın 9-dan etibarən məzənnə siyasətilə bağlı müəyyən korrektələr ediləndə müşahidə olundu. Həmin vaxt Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən valyuta bazarlarına təxminən 300 milyon çıxarıldı. O zaman Mərkəzi Bankın özü birbaşa bazara intervensiya etdi. Nəticədə bank valyuta ehtiyatlarının bir qismini xərclədi. Oxşar proses 2016-cı ilin oktyabr ayının əvvəllərində müşahidə olundu. Təbii ki, bankın hərrac qaydalarına etdiyi dəyişikliklər nəticəsində faktiki olaraq hansı tarixdə nə qədər vəsaiti bazara çıxardığını deyə bilməsək də, məzənnə dəyişikliklərində izlənən qrafikə diqqət etdikdə, məzənnənin manatın xeyrinə olaraq dəişməsində Neft Fondu və Mərkəzi Bankın birlikdə bazara təqdim etdiyi vəsaitin həcmi rol oynayıb. Bu, o deməkdir ki, həmin vaxt bank bazarda müəyyən intervensiya həyata keçirdib”.

Rəşad Həsənov foto sosial şəbəkə

İqtisadçı məzənnə siyasətində dəyişikliyi zəruri edən siyasi amil kimi referendum və prezident seçkiləri haqda informasiyaları görür: “Düşünürəm ki, hökumət artıq əlavə xərcin edilməsinə ehtiyacın olmaması qərarına gəlib və yenidən məzənnənin artırılmasına başladı”.

“Hökumət hansı amillərə görə valyuta ehtiyatının azalmasının qarşısını ala bilmir” sualına iqtisadçı belə cavab verdi: “Əslində, hökumət valyuta ehtiyatlarının qarşısını alır, əgər 2014-cü ilin son rübünü, ötən ili müqayisə etsək, məlum olar ki, Mərkəzi Bankın valyuta hərraclarında çox az intervensiyalarla az iştirak etdiyini görərik. Hökumət faktiki olaraq manatın məzənnəsində baş verən dəyişikliklərə heç bir müdaxilə etmədən milli valyutanı qorumağa cəhd göstərdi. Amma sentyabrda məhz siyasi səbəblərdən, yəni referendum və ondan sonrakı dövrə hesablanmış vəziyyətə uyğun olaraq bazarlara müəyyən müdaxilə qərarı qəbul olundu. Bu amil aradan qalxan kimi Mərkəzi Bank yenidən əvvəlki vəziyyətinə qayıtdı. Hazırda hərraclarda yalnız Neft Fondu və banklar iştirak edir. Əslində, valyuta sabitliyini tənzimləmək məqsədiylə ehtiyat valyuta azalıb, son 2 ildə 11 milyard. Artım isə mümkün deyil. Çünki tədiyyə balansında vəziyyət manatın zərərinə dəyişib. Faktiki olaraq Mərkəzi Bank bazardan valyuta çəkə bilmir. Bu baxımdan mövcud statsus-kvonu da qorumaq çətindir”.

Ana səhifəAnalitikaMərkəzi Bankın valyuta ehtiyatları azaldı