Maştağada yerləşən muzeydə 3000-dən çox saat var

69 yaşlı Ramiz Əliyev öz evinin bir otağında əl işlərini sərgiləyir.

Ramiz Əliyev ixtisasca energetikdir. Dəqiq elmlərə marağı isə saat ilə bağlıdır. O, energetika üzrə dərs deyib. Lakin saatsazlıqla bağlı tələbələri təkcə öz övladları və nəvələridir.

Maştağada yerləşən muzeydə 3000-dən çox müxtəlif saat var. Ramiz Əliyevin muzeyi yaratmaqda məqsədi atasının sənətini əbədiləşdirməkdir.

Muzeydə minlərlə dəyəri olan saat olsa da, Ramiz Əliyev qonaqlardan xüsusi ödəniş tələb etmir. Qonaqların könüllü verdikləri vəsaiti isə nəvələrinə bağışlayır.

Ramiz Əliyevə dövlətdən heç bir dəstək olmayıb. Lakin onun arzusu muzeyə hər kəsin rahat gələ bilməsi üçün şərait yaradılmasıdır.

Ana səhifəVideoMaştağada yerləşən muzeydə 3000-dən çox saat var