Londonda terror aktı baş verib – Yenilənir

Polis hadisəni terror insidenti elan edib

Source:
Yaralanan qadın yerdə uzanıb
Yaralanan qadın yerdə uzanıb


Polis hadisəni terror insidenti elan edib

Britaniya parlamentinin icmalar palatasının lideri David Lidington parlamentin həyətində polis zabitinin bıçaqlandığını deyib. Yaxındakı Westminster körpüsündə bir maşın bir neçə insanı vurub. Polis hadisəni terror insidenti elan edib, bu barədə BBC

xəbər verib.

O, həmçinin polisə hücum edən şəxsin “polis tərəfindən vurulduğunu” bildirib.

Hazırda Westminster Palace (parlament) bağlanıb.

Şahidlər yaralılara tibbi yardımın göstərildiyini və parlamentin həyətində biçaqlı bir şəxsi gördüklərini deyiblər.

Parlament işçilərinə içəridə qalmalarına əmr verildiyi bildirilir. BBC-nin müxbiri Laura Kuenssberg bildirir ki, polis ona kiminsə silahlı atəşlə vurulduğunu bildirib.

O, millət vəkillərinin ona “üç-dörd atəş səsi” eşitdiklərini dediyini bildirir.

The Independent qəzetinin siyasi redaktoru Tom Peck Twitter-də yazıb: “Böyük partlayış səsi qəldi. Qışqırıqlar. Səs küy. Sonra isə atəş səsi. Hər yerdə silahlı polislər var”.

Baş nazir Theresa May salamatdır və hadisə baş verən zaman onun gümüşü Jaguar maşınına minərək hadisə yerindən uzaqlaşdığı görülüb.


Adamları “vurub getdi”

Bir şahid – Harvard-ın Avropa Tədqiqatları Mərkəzində işləyən akademik Radoslaw Sikorski Twitter-də Westminster Körpüsündə yaralı insanların yerə sərildiyi göstərən video paylaşıb.

O yazıb: “İndicə bir maşın Westminster Köpüsündə 5 nəfəri vurub getdi”.

BBC aparıcısı Andrew Neil, ona daxil olan məlumata görə, Westminster körpüsündə insanları vuran maşının sonra parlament binasını əhatə edən barmaqlıqlara çarpdığını deyib.

Polis körpüyə yaralılar barədə məlumat daxil odluqdan sonra silahlı insidentə cəlb edildiyini bildirir.

Westminster metro stansiyası və parlamentə gedən yollar polisin göstərişilə bağlanıb.

Cənab Lidington bildirib: “Hava ambulansı hazırda hadisə yerində yaralıları çıxarmağa çalışır”.


Polisin bəyanatı

İnsanlara Westminster yaxınlığından uzaqda qalmaq tövsiyə edilir.

Polisin yaydığı bəyanatda bildirilir: “Polis insanlara bu ərazilərdən uzaq qalmalarını tövsiyə edir: Parlament Meydanı (Parliament Square); Whitehall; Westminster Körpüsü (Westminster Bridge); Lambeth Körpüsü (Lambeth Bridge); Victoria küçəsinin Broadway qovşağına qədər və Victoria Embankment-dən Embankment metrosuna qədər.

“Bu təcili yardım xidmətlərinə hazırki insidentlə məşğul olmağa imkan verməyə yönələn addımdır”.

“Silahlı zabitlər də daxil olmaqla polis zabitləri hadisə yerindədirlər və bizə başqa məlumat daxil olanacan bu hadisəni terror insidenti kimi qiymətləndiririk. İctimaiyyətə köməyi üçün minnətdarlığımızı bildiririk”, polis deyib.

Yaralanan qadın yerdə uzanıb
Yaralanan qadın yerdə uzanıb
London
London
London
London
Yaralanan adamlara kömək edirlər
Yaralanan adamlara kömək edirlər
Yaralanan qadın yerdə uzanıb
Yaralanan qadın yerdə uzanıb
Yaralanan adamlara kömək edirlər
Yaralanan adamlara kömək edirlər
Yaralanan daha bir adam
Yaralanan daha bir adam
Havadan ambulans yardımı gəlir
Havadan ambulans yardımı gəlir
Yaralanan daha bir adam
Yaralanan daha bir adam
Ana səhifəFotoreportajLondonda terror aktı baş verib – Yenilənir