Leyla Yunusun saxlandığı kameraya daha bir təxribatçı göndərildi

“Hər ikisi hazırkı siyasi hakimiyyəti ağız dolusu tərifləyir, Leyla xanıma necə deyərlər “politzanyatiya” keçirlər”

Source:


“Hər ikisi hazırkı siyasi hakimiyyəti ağız dolusu tərifləyir, Leyla xanıma necə deyərlər “politzanyatiya” keçirlər”

Hüquq müdafiəçisi, hazırda vicdan məhbusu olan Leyla Yunusa qarşı istintaq təcridxanasında mənəvi-psixoloji işgəncə güclənib.

Məlumatı vəkil Əlayif Həsənov Facebook səhifəsində yayıb.

Vəklil yazıb ki, sentyabrın 15-də Bakı İstintaq Təcridxanasında vicdan məhbusları Leyla Yunus və İntiqam Əliyevlə görüşüb. Aydınlaşdırıb ki, Leyla Yunusun saxlanma vəziyyəti dözülməzdir.

“Leyla xanımın olduğu kameraya yeni məhbus verilib. Siqaret çəkməklə Nuriyyə Hüsenova (Leyla Yunusa kamerada hücum edən, onu ölümlə hədələyən residivist – red.) ilə duet təşkil edir. Leyla xanımın onsuz da havasızlıqdan çəkdiyi işgəncəni ağırlaşdırırlar. Hər ikisi hazırkı siyasi hakimiyyəti ağız dolusu tərifləyir, Leyla xanıma necə deyərlər “politzanyatiya” keçirlər. Elmlər doktoruna cinayətkarlar hakimiyyətin müdrik siyasətindən danışıb təbliğat aparır, “beynini yuyurlar”. Adam bilmir bu hakimiyyətə acısın, yoxsa ürəkdən gülsün?”, – deyə vəkil bildirir.

Ana səhifəXəbərlərLeyla Yunusun saxlandığı kameraya daha bir təxribatçı göndərildi