Kreml: “Rus mədəniyyətinə hücum cəhdi özünüməhvdir”

Foto: Lenta.ru

Mariya Zaxarova: “Qərbdə rusofobiya sürətlə inkişaf edir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir çox Qərb ölkəsində rus mədəniyyətinə və nümayəndələrinə hücumlar edildiyini deyib.

Zaxarova Qərbdə rus mədəniyyətinin önünə keçmək cəhdlərini özünüməhv adlandırıb.

“İctimai təcrid, susqunluq, aşkar faktları və adları unutmaq özünü məhv etməkdir. Təəssüf hissi ilə qeyd edirik ki, Qərbdə rusofobiya sürətlə inkişaf edir və görülən tədbirlər, vəhşi tədbirlər sivil davranışın bütün prinsiplərini pozur. Tətbiq edilən qadağalar bu prosesin iştirakçılarını təhdid edir. Mənə elə gəlir ki, müasir dünyada hansısa total koordinasiya itkisi var”, – Zaxarova əlavə edib.

XİN rəsmisi Milan-Bicocca universitetinin professoru Paolo Norinin Dostoyevski haqqında mühazirədən imtinaya cəhdini xatıradıb.

Paolo Nori Milan-Bicocca universitetində Fyodor Dostoyevski haqqında dörd mühazirədən ibarət silsiləsini “mübahisə yaratmamaq üçün” ləğv etmək istəmişdi.

Professorun təklifi əksər italyanların, həmçinin siyasətçilərin tənqidinə tuş gələrək reallaşmadı.

Zaxarova xatırladıb ki, Çaykovski, Şestokoviç, Raxmaninov bir sıra ölkələrdə konsert afişalarından yığışdırılıb. Həmçinin rus yazıçılarına və kitablarına qadağa qoyulub.

Rusiyanın hərbi qüvvələri Ukrayna ərazisinə daxil olandan sonra, əksər dövlətlər ona sanksiya tətbiq edib.
Sanksiyalar iqtisadiyyat, maliyyə sahəsindən mədəniyyətə keçib.

Opera müğənnisi Anna Netrebkonun konsertləri Prezident Vladimir Putinə etiraz etmədiyi üçün ləğv olunub.

Dirijor Valeri Gerqiyevdən Rusiyanın hərbi əməliyyatlarını tənqid etməsi tələb olunub. Amma dirijor imtina etdiyi üçün “La Skala” opera teatrının və Münhen Filarmoniyasının Orkestrinin baş dirijoru vəzifəsindən kənarlaşdırılıb.

Nyu-Yorkda pianoçu Denis Matsuyevin konserti ləğv olunub.

“’Netflix” Rusiyaya məxsus kinolayihələrin istehsal və nümayişini dayandırıb.

“Kann” kinofestivalının rəhbərliyi bu il Rusiyanın rəsmi nümayəndə heyətinin iştirakını qadağan edib. Bununla belə, ayrı-ayrı rejissorlar festivalda təmsil oluna bilərlər.
Hollivud studiyaları Rusiyada filmlərinin prokatından imtina edib.

Ana səhifəMədəniyyətKreml: “Rus mədəniyyətinə hücum cəhdi özünüməhvdir”