Köşk sahibi: Polisə 12 manat pul verirəm

Metronun Elmlər Akademiyası stansiyası önündə etiraz aksiyası keçirən satıcıların dilindən:

– Menim aya 1000 manat xərcim çıxır, 12 manat polisə, 6 manat süpürgə puluna, 10 manat qapı puluna verirəm.

– Mağazalarımızı əlimizdən alıb tökürlər bizi çöllərə. Üstəlik də boşaltmaq üçün bu gün axşama qədər vaxt veriblər.

– Obyekti tikmək üçün 1500 manat pulum çıxıb. Banklara kredit ödəməliyəm, necə ödəyəcəm?

– Prezident çavab versin, axı onu biz seçmişik.

– Onların dediyi bir həftə boş söhbətdir. Həmişə belə deyirllər, sonra da aldadırlar.

Ana səhifəVideoKöşk sahibi: Polisə 12 manat pul verirəm