Komandirin həyat yoldaşı: “Azov”un əsir döyüşçüləri “az-çox qənaətbəxş” şəraitdə saxlanılırlar

Azov hərbçiləri təslim olarkən. Foto: Reuters

“Donbassnews”un yazısı

Şərait tələblərə uyğundur və bu qısa müddət ərzində onlar zorakılığa məruz qalmayıblar”

“Azov” polkunun Mariupolda əsir götürülən hərbi qulluqçuları qənaətbəxş şəraitdə saxlanılırlar, onlara qarşı zor tətbiq etmirlər. Bu barədə “The Guardian”ın jurnalistlərinə “Azov” polkunun komandiri Denis Prokopenkonun arvadı Yekaterina xəbər verib.

Yekaterina əri ilə ünsiyyət qurmağa müvəffəq olub. Denis arvadına deyib ki, onunla hər şey qaydasındadır. Qadında olan məlumata görə, saxlanılanlardan heç birini Rusiyaya aparmayıblar. “Azov”un yaralı döyüşçülərinin çoxu Yelenovka qəsəbəsindəki məhbəsdə saxlanılır. “Azovstal”dan bir qrup ağır yaralı ukraynalı hərbçi Novoazovsk xəstəxanasındadır.

Qadın həmçinin deyib ki, digər mənbələrdən ukraynalı hərbçilərin orada “az-çox qənaətbəxş” şəraitdə saxlanıldıqlarını eşidib.

“Onları yedizdirirlər, içizdirirlər. Şərait tələblərə uyğundur və bu qısa müddət ərzində onlar zorakılığa məruz qalmayıblar. Biz, şübhəsiz ki, bundan sonra nə olacağını bilmirik, lakin hazırda vəziyyətə nəzarət edən üçüncü tərəf – BMT və Qırmızı Xaç var”, – Yekaterina söyləyib. Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, ümumilikdə 2439 ukraynalı hərbçi “Azovstal”ı mayın 16-dan tərk edib. Onları əsir götürüb və “DXR” ərazisinə gətiriblər. Rusiya KİV-i yazıb ki, “azov”luların bir hissəsini Rusiyaya aparıblar, bunu “DXR”-da etiraf ediblər.

Ukrayna hakimiyyəti “Azovstal”dan çıxarılanların sayı barədə açıqlama verməyib.
Ukrayna tərəfi bəyan edir ki, “Azovstal”dan olan əsirləri rusiyalı əsgər əsirlərlə dəyişməyi planlaşdırırlar. Bunun nə vaxt baş verəcəyi ukraynalı nümayəndələrin xəbərlərində dəqiqləşdirilmir.

Qırmızı Xaç Beynəlxalq Komitəsi “Azovstal”ı tərk etmiş ukraynalı əsir hərbçilərin qeydiyyatına başlayıb. QXBK və Ali Radanın millət vəkili Aleksandr Kovalyov “Azovsatl”dan olan əsirlərin saxlandığı yerə baş çəkib.

Ana səhifəXəbərlərKomandirin həyat yoldaşı: “Azov”un əsir döyüşçüləri “az-çox qənaətbəxş” şəraitdə saxlanılırlar