Kəmaləddin Heydərov kişisənsə, gəl kişi kimi danışaq [ VİDEO ]

Bu sözləri AXCP-nin qərargahının partladılması ilə bağlı Müstəqil Jurnalist Təhqiqat qrupunun hesabatının müzakirəsi zamanı partiyaya icarəyə verilən binanın sahibi Azər Əsgərov bildirib. O qeyd edib ki, onun evini Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov partladıb və ailəsini hədələyib: “Kəmaləddin Heydərov terroçudur, dövlət içində dövlətdir. Mənim ona qarşı iddiam martın 4-də olub. Niyə Respublika Prokurorluğu bir cinayət işi açıb məni çağırmır? Mən dövlət nazirinə qarşı iddiaçıyam. Kəmaləddin Heydərovun ixtiyarı yoxdur mənim mülkümü sökməyə. O dövlət əmlakı deyildi ki, sökmək haqqında qərar versin”.

Sahibkar bildirib ki, ona yer verilməsi ilə bağlı müraciət edilərkən bildirib ki, yenə öz evini AXCP-yə verəcək.

Ana səhifəVideoKəmaləddin Heydərov kişisənsə, gəl kişi kimi danışaq [ VİDEO ]