Keçmiş səfir Ramiz Abutalıbov vəfat edib

Foto: Ramiz Abutalıbovun şəxsi arxivindən

Diplomat Fransanın Fəxri Legion Ordeninə və “Puşkin” medalına layiq görülmüşdü

Yanvarın 1-də Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan emiqrasiyası tarixinin araşdırıcısı Ramiz Abutalıbov 85 yaşında Moskvada vəfat edib.

1937-ci ildə Gəncədə anadan olan Ramiz Abutalıbov müxtəlif illərdə SSRİ Xarici İşlər Nazirliyində, UNESCO-da çalışıb. Azərbaycan emiqrasiyasının tarixinə həsr olunmuş əsərlərin müəllifidir.

O, Parisdə 1989-cu ildə “Azərbaycan evi” assosiasiyasının yaradıcılarından biridir. R.Abutalıbov Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, “İçərişəhər” (2000-ci il) və “Muğam”(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub.

Bakı Media Mərkəzi 2016-cı ildə R.Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında “Əbədi ezamiyyət” sənədli filmi çəkilib və “Qərib məzarlar” kitab-albomu nəşr edilib.

Ramiz Abutalıbov Fransanın Fəxri Legion Ordeninə və “Puşkin” medalına layiq görülüb. 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.

Ana səhifəSiyasətKeçmiş səfir Ramiz Abutalıbov vəfat edib