Keçmiş nazir Hüseynqulu Bağırovun rüşvət ittihamına görə məhkəmə qalmaqalı

İ.Hacıyev isə ifadəsində bu işi təkbaşına görmədiyini, istər departamentin rəhbəri Əkbər Həsənov, istərsə də H.Bağırovun bütün bunlardan xəbərdar olduğunu, kartlardan çıxarılan pullardan hər ay 10 min manat nazirə çatdığını bildirib.

Source: google.az


“Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs olunacaq”

Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov onun rəhbərliyi dövründə nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş mühasibi olmuş, təxminən bir ildir ki, həbsdə olan İlqar Hacıyevi cəzalandırmağa çalışır. Sabiq nazir bu məqsədlə Nəsimi Rayon Məhkəməsinə üz tutub. Keçmiş işçisinə qarşı xüsusi ittiham qaydasında iddia qaldıran H.Bağırov onun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edir.

Sabiq nazirin İ.Hacıyevə qarşı acığının səbəbi isə onun Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadədir. Keçmiş baş mühasib əslində işləməyən şəxslərin adlarına saxta maaşlar yazıb, hər ay bank kartından çıxarıb mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb.

İ.Hacıyev isə ifadəsində bu işi təkbaşına görmədiyini, istər departamentin rəhbəri Əkbər Həsənov, istərsə də H.Bağırovun bütün bunlardan xəbərdar olduğunu, kartlardan çıxarılan pullardan hər ay 10 min manat nazirə çatdığını bildirib. Onun sözlərinə görə, 2018-ci ilin aprelində keçirilən prezident seçkisi öncəsi nazir departament rəhbərini yanına çağıraraq, 265 min pul istəyib. Onlar da bu məbləği sələmlə alıb nazirə çatdırıb, daha sonra sözügedən kartlardan çıxarılan vəsait hesabına ödəyiblər.

İ.Hacıyev onu da bildirib ki, vaxtilə sabiq nazirin üzüm bağları üçün peyin tapılmasından tutmuş, onun rəhbərlik etdiyi Qərb Universitetinin yeni korpusunun tikintisinə qədər bir çox işlərdə iştirak edib.

“Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs olunacaq”, – İ.Hacıyev məhkəmədə ifadəsində bildirmişdi.

Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov keçmiş nazirin iddiasını icraata götürməkdən imtina edərək, bu barədə qərardad çıxarıb.

Məhkəməyə H.Bağırov özü gəlməyib, onu nümayəndəsi Anar Rzayev təmsil edib. İ.Hacıyevi də təcridxanadan məhkəməyə gətiriblər. İ.Hacıyev keçmiş nazirə böhtan atmadığını, məhkəmədə ifadə verərkən həqiqəti söylədiyini və bu ifadələri mediada özü yaymadığını vurğulayıb.

Hakim də qərarında qeyd edib ki, H.Bağırov bu ifadələrin mediada İ.Hacıyev tərəfindən qəsdən yayılması ilə bağlı sübutlar təqdim etməyib.

Cinayət Məcəlləsinin 147.2 maddəsində 3 ilə qədər həbs cəzası nəzərdə tutulub.

photo-2020-12-17-16-23-20.jpg
Məhkəmə qərarı
Ana səhifəSosialKeçmiş nazir Hüseynqulu Bağırovun rüşvət ittihamına görə məhkəmə qalmaqalı