John Brennan

Mənbə: google

Başlıq: John Brennan

Keçmiş CİA rəhbəri: Rusiya 2016-cı ilin seçki nəticələrinə müdaxilə etmiş ola bilər

“Rusiyanın bu səyləri ən azı bir seçicinin fikrini dəyişdirib”

Keçmiş CİA direktoru Con Brennan (John Brennan) ölkənin kəşfiyyat orqanlarının əldə etdiyi nəticələrdən yola çıxaraq qeyd edib ki, Rusyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi nəticəsində ən azı bir seçici inandırılıb. RFE/RL xəbər verir ki, Brennan əməliyyatın seçki nəticələrinə təsir edib-etməməsini söyləməyib.

Oktyabrın 30-da Vaşinqtonda Milli Mətbuat Klubunda danışan Brennan deyib ki, Rusiyanın bu səyləri ən azı bir seçicinin fikrini dəyişdirib.

“Bir seçici və ya bir milyon seçici olub-olmadığını bilmirəm”, -o, keçmiş kəşfiyyat işçiləri ilə birlikdə tədbirdə çıxış edərkən deyib.

Brennan 2013-2017-ci illərdə Demokratik Prezident Barak Obamanın administrasiyası altında CIA direktoru vəzifəsində çalışıb.

Bir sıra rəsmi araşdırmalarda qeyd edilir ki, rus hakerləri və trolları 2016-cı il seçkisi öncəsi müxtəlif kanallar vasitəsilə ictimai rəyə təsir etmə imkanına sahib olub.

Kreml seçkilərə müdaxilə edildiyini rədd edib.

Brennan deyib ki, kampaniya son nəticəyə mümkün təsir göstərib.

“Neçə, hansı ştatlarda, bilmirəm. Nəticəni dəyişibmi, bilmirəm”,- Brennan deyib və əlavə edib ki, CIA kampaniyanın səsverməyə təsirini qiymətləndirməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q66k0m

Ən çox baxılan