İzmir

Mənbə: Haberturk

Başlıq: İzmir

İzmirdə ölənlərin sayı 105-ə çatdı

Yaralıların sayının isə 994 nəfər olduğu bildirilir

İzmirdəki zəlzələdə ölənlərin sayı 105-ə çatıb.

Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatında belə deyilir.

Məlumata görə, yaralıların sayı isə 994 nəfərdir. Onlardan 847-si xəstəxanadan evə buraxılıb, 147 nəfərin müalicəsi isə davam etdirilir.

Zəlzələnin 91-ci saatında dağıntılar altından Ayda Gezgin adlı uşaq sağ çıxarılıb.

Bildirilir ki, 65 saatdan sonra çıxarılan Elif isə bu gün ailəsinə təhvil verilib, durumu yaxşıdır.

Zəlzələ Yunanıstanın Samos adasında da hiss edilib. Burada da dağıntılar olub və 2 yeniyetmə həyatını itirib.

Oktyabrın 30-da İzmirin Səfərihisar bölgəsində 6.6 ballıq zəlzələ olub. Səfərihisar bölgəsi İzmir şəhərinin 17 kilometrliyində yerləşir.

Zəlzələnin yerin 16,54 km dərinliyində baş verdiyi deyilir. Zəlzələdən sonra Zəlzələdən sonra 35-i 4 baldan yüksək olan daha 470 yeraltı təkan baş verib.

İzmirdə dağılan 17 binadan 9-da xilasetmə işləri tamamlanıb. Qalan 8 binada işlər davam edir.

Xilasetməyə bələdiyyələrdən 4.995 nəfər, 20 xilasedici it və 683 texnika cəlb edilib.

Türkiyə seysmik zonada yerləşir. 2011-ci ildə şərqi Van şəhərində baş verən zəlzələdə də 500-dən çox ölən olmuşdu. Bu ilin yanvarında isə şərqi Elazığ vilayətində zəlzələ 41 nəfərin həyatına son qoymuşdu.

1999-cu ildə Türkiyənin şimal-qərbində isə iki güclü yeraltı təkan nəticəsində 18 min nəfər həyatını itirmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xintwt

Ən çox baxılan