”İşsizlərin sayı ilə bağlı statistika real görünmür”

Oqtay Haqverdiyev: ”Təhqiqatlar və qeyri-hökumət təşkilatları 300 minə yaxın işsizin olduğunu göstərir”

Source:


Oqtay Haqverdiyev: ”Təhqiqatlar və qeyri-hökumət təşkilatları 300 minə yaxın işsizin olduğunu göstərir”

APA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci il yanvarın 1-də olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 mln. 12,7 min nəfər təşkil edib.

“2016-cı il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 514,4 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,5 min, qeyri-dövlət sektorunda isə 624,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 480,2 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub,-komitənin məlumatında belə deyilir.

Bildirilir ki, xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Ötən ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,7 saat təşkil edib.

foto sosial şəbəkə
foto sosial şəbəkə

Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33 min nəfər olub, onların 38,1%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 257 manat olub.

Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Oqtay Haqverdiyev güman edir ki, yalnlx işsiz kimi qeydə alınanların sayı 33 min ola bilər, əks halda bu rəqəm inandırıcı görünmür:

“Təhqiqatlar və qeyri-hökumət təşkilatları 300 minə yaxın işsizin olduğunu göstərir. Hətta bəziləri 500-600 min işsiz olduğunu deyir. Komitənin göstərdiyi 33 minin hamısına da müavinət verilmir, bunu da nəzərə alın. Həm də yaxınlarımız, qonşularımız arasında nə qədər işsiz qalan adamın olduğunu görürük. Üçüncü, son iki ildə bir çox müəssisə bağlandı, xarici şirkətlər ölkəni tərk etdi. Bu da işsizlərin sayını artırır”.

Ana səhifəXəbərlər”İşsizlərin sayı ilə bağlı statistika real görünmür”