İsrailin xarici işlər naziri: “Biz İrana qarşı birgə hərəkət etməliyik”

Foto: XİN

Bu gün İsraildə Azərbaycan səfirliyi açılır

Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda – müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”.

Bunu martın 29-da İsrailin xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata deyib.

Nazir qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstərir.

Eli Kohen Azərbaycandan İsrailə gələn turistlərin sayının artacağına ümid etdiyini deyib:

“İqtisadi əməkdaşlığımız dərinləşir. Kənd təsərrüfatı, kibertexnologiyalar, qida təhlükəsizliyi sahəsində əməkdaşlığımız var və daha da dərinləşməsi üçün potensial var”.

İsrailli nazir İranın təhdidlərindən danışıb.

Deyib ki, İran regionu təhdid edir, terrora dəstək verib maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır.

Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, – deyə Eli Kohen əlavə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır:

“Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir. Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır”.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının növbəti iclası aprelin 19-da keçiriləcək.

Ceyhun Bayramov ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icmasının mühüm rola malik olduğunu qeyd edib.

Bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

İsrail 25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb.

1992-ci ilin aprelində isə dövlətlər arasında diplomatik əlaqələr qurulub.

Ana səhifəSiyasətİsrailin xarici işlər naziri: “Biz İrana qarşı birgə hərəkət etməliyik”