İran İslam Respublikası

Mənbə: Foto: arxiv

Başlıq: İran İslam Respublikası

İranda koronavirusdan ölənlərin sayı 124 olub

Məqalə yeniləndi:  6 Mart 2020

20-dən çox millət vəkili də daxil olmaqla bir sıra rəsmi şəxslərin virusa tutulduğu bildirilir

İranda koronavirusdan ölənlərin sayı Xarici işlər nazirinin keçmiş müavini də daxil olmaqla 124-ə çatıb, - RFE/RL xəbər verir.

Səhiyyə Nazirliyinin sözcüsü Kianoush Jahanpur martın 6-da deyib ki, son 24 saat ərzində 17 nəfər xəstəlikdən ölüb və 1000-dən çox insan virusa yoluxub.

ABŞ səfirliyinin girov böhranında iştirak edən İranın Xarici işlər nazirinin müşaviri Hüseyin Şeyxülislam martın 5-də virusdan həyatını itirib.

Şeyxülislam 1980-ci illərdə Xarici işlər nazirinin müavini, daha sonra isə Suriyada səfir və Xarici işlər naziri Məhəmməd Cavad Zərifin müşaviri kimi çalışıb.

Şeyxülislam eyni zamanda 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edən və 52 amerikalı girov götürmüş iranlı tələbələrdən biri olub. Bu hadisə Vaşinqtonun İranla əlaqələrini gərginləşməsinə səbəb olmuşdu.

Koronavirus İranın Ali Lideri Ayətullah Əli Xameneinin müşaviri və Vatikandakı keçmiş səfir də daxil olmaqla bir sıra digər İran rəsmilərinin həyatına son qoyub.

Vitse-prezident Masumeh Ebtekar, Səhiyyə nazirinin müavini İraj Harirchi və 20-dən çox millət vəkili də daxil olmaqla bir sıra rəsmi şəxslərin virusa tutulduğu bildirilir.

Yarı rəsmi ISNA xəbər agentliyi martın 5-də bildirib ki, yeni seçilmiş mühafizəkar millət vəkili Fatemeh Rahbar virusa yoluxub və hazırda komadadır.

İran əsas əyalət paytaxtlarında məktəbləri, universitetləri bağlayıb və ilk dəfə İran tarixində cümə namazlarını təxirə salıb. Hökumət insanları kütləvi yığıncaqlardan çəkinməyə və evdə oturmağa çağırıb.

Rəsmilər həmçinin bildirib ki, virusun yayılmasının qarşısını almaq məqsədilə böyük şəhərlər arasında gediş-gəliş məhdudlaşdırılıb.

Martın 6-da danışan Jahanpur iranlıları turizm şəhərlərinə və əyalətlərə, o cümlədən İsfahan, Gilan, Mazandaran və cənub əyalətlərinə səyahətlərini dayandırmağa çağırıb.

85-dən çox ölkənin yoluxduğu koronavirusun Hollandiya və Vatikanda ilk təsdiqlənmiş halı martın 6-da qeyd edilib. Dünyada bu ölümcül virusa yoluxanların sayı cümə günü etibarilə 100.000-i keçib, - “Reuters” xəbər verir.

Çində meydana gələn virus ölkədə 3.300-dən çox insanın həyatına son qoyub. Çindən kənarda ən çox ölüm halları İran və İtaliyada qeydə alınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7aekr0

Ən çox baxılan