”İnsanlara güclə manatı sevdirmək mümkün olmayacaq”

Qubad İbadoğlu: ”Ölkədə azad bazar qanunları bərqərar olmalıdır”

Source:


Qubad İbadoğlu: ”Ölkədə azad bazar qanunları bərqərar olmalıdır”

“On ildir ki, bu hökümət “papağını günə vermək”lə məşğuldur”. Bu sözləri iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb. Ekspertin fikrincə, Mərkəzi Bankın mübadilə məntəqlərinin fəaliyyətini dayandırmaq barədə birtərəfli qaydada verdiyi qərar “qara valyuta bazarı”nın formalaşması üçün yaşıl işıq yandıracaq: “Gah banklara sərbəstlik verilməsi, sonra mübadilə məntəqlərinin satışının limitləşdiriməsi və sənədləşdirilməsi, gah da yalnız bir müvəkkil banka valyuta satışı icazəsi verilməsi, sonradan isə bütün mübadilə məntəqələrinin lisensiyasının qanunsuz olaraq geri alınması, bu hüququn hava limanında və mehmanxana da təşkil olunacaq mübadilə məntəqələrinə verilməsi onu göstərdi ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməyə hazır deyildi. Son günlər Mərkəzi Bankın verdiyi sistemsiz və ziddiyyətli qərarlar əhali arasında çaşqınlıq yaratmaqla yanaşı, valyuta satışı üzrə “qara bazar”ların yaranmasını və inkişafını stimullaşdırır. Hesab edirəm ki, hazırda Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir. Buna yalnız yerli istehsalın inkişafı və onlarn ixtracatının təşviq olunması yolu ilə nail olmaq mümkündür. Bu isə hökümətin indiyə qədər həll etməli olduğu ən vacib problem idi”.

Qubd İbdoğlu deyir ki, hökumət hələ də inzibati tənzimləmə vasitələrindən başqa bir iş görmür. Bu isə ölkədə həm valyuta və həm də ərzaq qıtlığına gətirib çıxara bilər: “İnsanlara güclə manatı sevdirmək mümkün olmayacaq, ona olan etibarı qaytarmaq üçün valyuta bazarında tələb və təklif tarazlığı ilə manatın gerçək məzənnəsi formalaşmalı, liberal islahatlar həyata keçirilməli, gizli iqtisadiyyat leqallaşmalı, inhisarçılıq və korrupsiya aradan qalxmalı, bir sözlə, ölkədə azad bazar qanunları bərqərar olmalıdır”.

Ana səhifəXəbərlər”İnsanlara güclə manatı sevdirmək mümkün olmayacaq”