İnsan alveri: üstdən aşağı baxılan və istismar olunan Azərbaycan qadınları (4-cü hissə)

Noyabrın 25-dən - Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündən, 10 dekabr, İnsan Hüquqları Gününə kimi - Cinsi Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü dünyanın hər yerində qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün hərəkətə keçmək vaxtıdır. Bu il UNITE (BİRLƏŞMƏK) kampaniyası 2030-cu ilədək davamlı inkişafın əsas prinsipini əks etdirən "Heç kimin arxasınca getməyin: Qadın və qızlara qarşı zorakılığa son qoyun"  mövzusu  ətrafında Cinsi  Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü keçirəcək. 16 Aktivlik Gününün bir hissəsi kimi Meydan TV insan alveri ilə bağlı əhatəli mövzular nəşr edir. Bu, dörd hissənin sonuncusudur.

Gender, korrupsiya və vətəndaş cəmiyyəti

Azərbaycandakı fəallar deyirlər ki, Xəyalənin başına gələnlər Azərbaycan qadınları və qızlarının gələcəyi kimi təqdim olunmamalıdır. Meydan TV-yə müsahibə verən ekspertlər qadınların istismarının azaldacaq üç əsas sahədə dəyişiklik təklif edirlər.

●Gender bərabərliyinin təbliği

●Sistematik korrupsiyanın ləğv edilməsi

●Azərbaycanda vətəndaş cəmiyyətinin yenidən qurulması

Gender bərabərliyi

BMT-nin Qadınlara Qarşı Diskriminasiyanın aradan qaldırılması üzrə komitəsi 2015-ci ildə açıqladığı hesabatında Azərbaycanın bölgələrindəki qadınların iqtisadi imkanlara, sosial və tibbi xidmətlərə ictimai-siyasi həyatda iştirakına qoyulan məhdudiyyətlərə görə narahatlığını ifadə etmişdi. Xəyalənin başına gələnlər təhsildən uzaqlaşdırılması, sonralar ona qarşı zorakılıq edən həyat yoldaşı ilə ailə qurmağa məcbur edilməsi də göstərir ki, gender bərabərsizliyi insan alveri ilə nəticələnə bilər.

Anonim qalmaq istədiyini bildirən hüquq müdafiəçisi Meydan TV-yə müsahibəsində deyib ki, qadınların siyasi proseslərdə iştirakının artırılması onların Azərbaycanda statusunun artırılması üçün çox vacibdir.

Qadınların öz ehtiyaclarını və hüquqlarını prioritetə çevirmələri üçün onların özləri qərarların verilməsi prosesində iştirak etməlidirlər.

Verdiyi rəyin siyasi xarakterli olması səbəbindən kimliyinin anonim saxlanılmasını istəyən başqa bir ekspert deyib ki, demokratik çəkildə seçilən nümayəndələr olmadığından qadınların səsi böğulur. O, bildirib ki, Azərbaycan hökumətinin yüksək postlarında təmsil olunan qadınlar seçilmirlər. Onlar hakim elitanın kişi nümyəndələri tərəfindən status-kvoya nail olmaq üçün bu vəzifələrə təyin olunurlar. Beynəlxalq insan haqları təşkilatı olan “Freedon House” 2016-cı ildə keçid dövrünü yaşayan xalqlar haqqında yaydığı hesabatında Azərbaycanı çox avtoritarlaşmış ölkə adlandırıb. Hesabatda deyilir ki, Azərbaycanda siyasi hakimiyyət prezident İlham Əliyevin əlində cəmlənib. O, icra başçılarını və hökumətdə qərarların verilməsində iştirak edən şəxsləri birbaşa özü təyin edir.

2009-cu ildə aktivist və jurnalist Arzu Qeybullayeva Avropa Sabitlik Təşəbbüsü təşkilatının adından Azərbaycanda məişət zorakılığı və qadın alveri ilə bağlı araşdırma aparıb. O, deputat Hadi Rəcəbli də daxil olmaqla Azərbaycan Parlamentinin deputatlarından qanunların qadınların həyatına təsiri barədə müsahibələr alıb. O, “Gender bərabərliyi haqqında” qanunun parlamentin təsdiqindən asanlıqla keçməyinin səbəbini soruşanda H.Rəcəbli “Layihə prezidentin imzası ilə parlamentə daxil olmuşdu” - deyib. Qeybullayeva “Məişət zorakılığı haqqında” qanunun çətinliklə qəbul olunduğunu deyəndə, o, cavabında ”heç kim bu layihəni parlamentin ümumi toplantısına çıxarmağa cürət etmirdi. Heç qadınlar da. Onlar mənim çıxarmağımı istədilər. Mən “yox” dedim”, - söyləyib.

İqtisadi müstəqillik sahəsində olan çatışmazlıqların aradan qaldırılması Azərbaycanda qadınların gender bərabərliyinin təmin olunması və insan alverinin qarşısının alınması üçün mühüm addımdır. Avropa Sabitlik Təşəbbüsünün hesabatında Bakıdakı Amerika Hüquqşünaslar Assosiasiyasının azərbaycanlı nümayəndələri Qeybullayevaya müsahibələrində deyiblər ki, kişilərin evə çörək gətirən, qadınların isə evin qayğısını çəkən ailə üzvləri kimi göstərilməsi Azərbaycanda insanların düşüncəsinə sanki bulud çəkir. Qızlarının təhsil alması və müstəqil olmasından daha çox, ailələri onları mümkün qədər tez ərə verməyə çalışır. Qadınların iqtisadi imkanlara bərabər çıxışı yoxdur, iqtisadi çətinlik durumunda onlar istismara məruz qalırlar.

Dövlət Departamentində İnsan Alveri ilə Mübarizə və Monitorinq İdarəsinin keçmiş rəhbəri, ABŞ səfiri Luis KdeBaka “Qadınlar sülh və təhlükəsizlik cəbhəsində” adlı məqaləsində yazıb ki, “Qadınlar uzun müddətdir bərabər imkanlar uğrunda mübarizə aparırlar. Evlərini həm özləri, həm də ailə üzvləri üçün daha yaxşı həyat axtarmaq məqsədilə tərk edən qadınlar və qızların sayı çox olduqca, müasir quldarlıq seks sənayesinə, yaxud da əməyin mümkün formalarına təhlükə olaraq qalacaq”.

Antikorrupsiya 


Korrupsiya Azərbaycanda oturuşmuş və çoxdan olan bir problemdir. Hökumət – şəkildə insan alverinə qarşı siyasətini inkişaf etdirmək üçün tədbirlər gördüyünü bildirir, ekspertlər isə deyirlər ki, bu düzəlişlər ABŞ Dövlət Departamentinin 2015-ci ildə insan alveri haqında dərc etdiyi hesabatında istinad etdiyi – korrupsiya ünvanlanmır. Hesabatda qeyd olunur ki, Azərbaycanda korrupsiya insan alverinə qarşı siyasətin effektivliyini məhdudlaşdırır. Məsələn, yerli polis şöbələri insan alverinə cəlb olunmuş “fahişəxana”lardan rüşvət almaqda günahlandırılır.

Azərbaycan Miqrasiya Mərkəzinin keçmiş direktoru Əlövsət Əliyev polisin rüşvət alması və cinayət hallarına göz yumması ilə bağlı deyilənlərə əlavə olaraq bildirib ki, bir sıra dövlət rəsmiləri və polis qadınların istismar olunmasında birbaşa iştirak edirlər və faktiki olaraq bu əməllərinə görə cəzalandırılmırlar. 2009-cu ildə insan alveri qurbanlarının sənədləşdirilimiş iddialarında deyilir ki, qadınlar Azərbaycan polisləri tərəfindən oğurlanaraq fahişəliyə məcbur edilib.

“Obyektiv araşdırma dövlət rəsmilərinin bu işdə əli olduğu aşkarlanana qədər aparılır”, Əliyev Meydan TV-yə video müsahibəsində deyib.

2010-cu ildə “Wikiliks” saytında yayılan diplomatik sənədlərdə ABŞ-ın Bakıdakı səfirliyi o zaman dövlət katibi olan Hillari Klinton da daxil olmaqla digər səfirliklərə və idarələrə yazıb ki, Azərbaycanın Daxili İşlər Nazirliyi geniş yayılmış və insan alverinə rəvac verən yüksək səviyyəli korrupsiyanı araşdırmaq üçün siyasi iradə nümayiş etdirmir.

ABŞ Dövlət Departamenti tərəfindən toplanan məlumatlara insan alveri ilə bağlı o ilə dair hesabatın son variantı daxil edilməyib. Bu ilin əvvəlində Karnegi Beynəlxalq Sülh Fondunun korrupsiya eksperti Sara Kayes tərəfindən dərc olunan araşdırmada qeyd olunur ki, Azərbaycada yüksək səviyyədə olan korrupsiya avtoritar strukturdan və hökumət institutlarının zəifliyindən qaynaqlanır.

Hökumətin təqibindən yayınmaq və fəaliyyətini azad şəkildə davam etmək üçün ölkədən kənarda yaşayan azərbaycanlı hüquq müdafiəçisi dövlət strukturunun qırx deşiyi olan pəncərəyə bənzədiyini deyib. Meydan TV-yə qeyri–rəsmi şəkildə danışan ekspert bildirib ki, məsələnin həllinə yönəlik bütün imkanlar bir dövlət strukturunun çətiri altındadır, bu da korrupsiya və cəzasızlıq mühiti üçün ideal şərait yaradır. Nəzarət, yoxlama və balans mexanizmi yoxdur. Azərbaycanda hökumətin insan alverinə qarşı bütün komponentləri – Daxili İşlər Nazirliyi tərəfindən subardinasiya olunur.

Bu gücü əlində birləşdirən general-leytenant, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov həm də İnsan alverinə qarşı Milli Mübarizə Mərkəzinin koordinatorudur.

“Azərbaycan qaranlıq ada: Naxçıvanda pozulan insan haqları” adlı hesabatda Eyvazov əslən naxçıvanlı, Əliyev ailəsinə loyal olan yüksək vəzifəli məmur kimi göstərilir.

Ekspert Mətanət Əzizova Meydan TV-yə müsahibəsində deyib ki, insan alverindən yaxa qurtaranlar hazırkı sistemin himayəsi altında reabilitasiya oluna bilmirlər. Azərbaycan hökumətində sistemli korrupsiyanın kökü kəsilməsə, heç kimə həqiqi ədalətli xidmət göstərilməyəcək.

VƏTƏNDAŞ CƏMİYYƏTİ

Son illərdə Azərbaycanda insan haqlarının durumu sürətlə pisləşib. “Freedom House” təşkilatının bildirdiyinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti hüquq müdafiəçiləri, jurnalistlər və aktivistlərin 2014-cü il təmizlənmə və həbs dalğası nəticəsində məhv edilib. Onların təqibi hələ də davam edir.

Beynəlxalq insan haqları təşkilatlarının bildirdiyinə görə, Azərbaycan hökuməti dövlət orqanlarının insan alverində iştirakına işıq salan jurnalist və aktivistləri xüsusilə hədəfə alır. “Amnesty İnternational” təşkilatının 2012-ci ildə yaydığı hesabatda Taleh Xasməmmədovun azadlığa buraxılması tələb olunub (Hazırda T.Xasməmmədov azadlıqdadır – red). Bildirilib ki, Xasməmmədov siyasi sifariş nəticəsində həbs olunub. O, yerli polisin cinayətkar qruplarla əməkdaşlıq etdiyinə dair məqalələr yazırdı. O, məqalələrinin birində insan alverçiləri tərəfindən satılan 17 yaşlı gənc qızın özünə qəsd etməsi haqqında yazmışdı.

Beynəlxalq təşkilatlar və digər dövlətlərin hökumətlərin insan alverinə dair monitorinqi vətəndaş cəmiyyəti təşkilatlarının jurnalistlərin və hüquq müdafiə fəallarının verdiyi məlumatlardan asılıdır. Onların fəaliyyəti məhdudlaşdırılanda hüquq pozuntuları araşdırılmamış qalır.

Meydan TV-nin ABŞ-ın Bakıdakı səfirliyinə insan alverinə dair illik hesbata dair göndərdiyi sorğusuna səfirlik email vasitəsilə belə cavab verib:

“Bu hesabat bizim ildən-ilə əldə etdiyimiz məlumatlara əsaslanır. Bu ilə dair hesabatı toplayarkən əvvəlki illərdə tərtib olunan hesabatlardan fərqli olaraq indi polisin insan alverində əli olduğuna dair şikayətlərə rast gəlməmişik”.

Ötən ilin avqustunda “İdman İnsan Hüquqları Naminə” ("Sports for rights") Koalisiyası və digər beynəlxalq QHT-lər müştərək bəyanat yayaraq bildiriblər ki, Azərbaycan hökuməti tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasına start verib. Bu təşkilatlar Azərbaycan hökumətini insan haqlarına görə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün beynəlxalq birliyə çağırış edib.

Meydan TV-yə müsahibə verən azərbaycanlı fəallardan biri deyib:

İnsan haqları olmayan yerdə necə qadın hüququ ola bilər?”

Meydan TV həm Azərbaycanda, həm də Azərbaycandan kənarda yaşayan, eləcə də məqalənin ərsəyə gəlməsində öz töhvəsini verən hüquq müdafiəçilərinə, ekspertlərə, fəallara və jurnalistlərə təşəkkürünü bildirir.

Tərcümə etdi: Leyla Mustafayeva

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/37og2k

Ən çox baxılan