Ermənistanla sülh sazişinin nə vaxt imzalanacağı sualına İlham Əliyev cavab verdi ki, bütün bəndlər razılaşdırılsa da, Azərbaycanın əsas iki şərti yerinə yetirilməsə, sülh sazişi olmayacaq.
Onlardan biri ATƏT-in Minsk qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bəs onsuz da heç bir fəaliyyəti olmayan Minsk qrupu nə üçün sülh sazişinə əsas maneə kimi göstərilir?