İlham Əliyev yeni səhiyyə naziri təyin etdi

Teymur Musayev, Mənbə: Trend.az

Teymur Musayev buna qədər nazir vəzifələsini müvəqqəti icra edirdi

Teymur Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 19-da sərəncam imzalayıb.

1970-ci ildə Bakıda doğulan Teymur Musayev 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 189 saylı orta məktəbdə təhsil alıb.

O, 1987-1993-cü illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb.

2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.

T.Musayev 2020-ci ilin apreldən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elə həmin ay nazirin birinci müavini təyin edilib.

Ardınca dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Teymur Musayevə verilib.

Temur Musayevdən əvvəl səhiyyə naziri vəzifəsində Oqtay Şirəliyev olub.

Ana səhifəUncategorized @azİlham Əliyev yeni səhiyyə naziri təyin etdi