Oqtay Şirəliyev vəzifəsindən azad edildi

Teymur Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Source: Azertac


Nazir vəzifəsini müvəqqəti Teymur Musayev icra edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunub.

Bu barədə Prezident İlham Əliyev aprelin 23-də sərəncam

imzalayıb

.

Dövlət başçısının digər sərəncamları ilə Teymur Musayev Səhiyyə nazirinin birinci müavini təyin edilib və nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona

verilib

. Teymur Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

1950-ci ildı Bakı şəhərində həkim ailəsində anadan olan Oqtay Şirəliyev 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib.

O, 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb.

Oqtay Şirəliyev 2005-ci ildən Azərbaycanın Səhiyyə naziri vəzifəsində çalışırdı.

Yeni Azərbaycan Partiyasının üzvü olan O.Şirəliyev 2015-ci ildə Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Ana səhifəSosialOqtay Şirəliyev vəzifəsindən azad edildi