III Sevil Sənədli Film Festivalının proqramı açıqlanıb

Mənbə: Sevil BQSFF

Festivalda sənədli filmlər nümayiş olunacaq

Azərbaycanda avqustun 13-dən 20-dək keçiriləcək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb.

Təşkilatçıların yaydığı məlumatda bildirilir ki, “Festivallardan seçmələr” bölməsində beynəlxalq festivallarda mükafatlar qazanmış son illərin sənədli filmləri nümayiş olunacaq.

Bunların arasında Şimali Makedoniyanın yaşam və təbiət haqda güclü hekayət nəql edən “Bal ölkəsi” (“Honeyland”) filmi də var.

“Bal ölkəsi”, Şimali Makedoniyadan olan yaradıcıları – Tamara Kotevska və Ljubomir Stefanov ilə birlikdə artıq 30-dək beynəlxalq mükafatı ya qazanıb, ya da namizədliyi verilib.

Film 2019-cu ildə təşkil olunan “Sundance” Film Festivalında üç mükafata layiq görülüb.

“Bal ölkəsi” eyni zamanda həm sənədli, həm də beynəlxalq film kateqoriyalarına təqdim olunan ilk ekran işidir.

“Festivallardan seçmələr” bölməsinə daxil olan digər filmləri təqdim edirik:

Sevgilərlə, atan” – 13 dəqiqə (Diana Cam Van Nguyen) – Çexiya,
“Dördüncü divar” – 10 dəqiqə (Mahboobeh Kalaee) – İran,
“Ölümünə boşanmaq” – 80 dəqiqə (Chloe Fairweather) – Birləşmiş Krallıq, Norveç, Türkiyə, Almaniya,
“Sincarın mələkləri” – 113 dəqiqə (Hanna Polak) – Polşa, Almaniya,
“Ailənin rentgenoqramı” – 81 dəqiqə (Firuzeh Khosrovani) – İran, Norveç, İsveçrə,
“İstədiyim kimi” – 88 dəqiqə (Samaher Alqadi) – Misir, Norveç, Fransa, Fələstin, Almaniya,
“Dəcəl uşaqlar” – 93 dəqiqə (Ahmet Necdet Cupur) Türkiyə, Fransa, Türkiyə, Almaniya,
“Bütün vəhşilər insandır” – 17 dəqiqə (Helen Spooner, Hugh Davies) – Azərbaycan, Birləşmiş Krallıq.

Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus tam və qısametraj sənədli filmlər də artıq məlumdur.

Seçki komissiyası tərəfindən ələnən həmin filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalın qapanış günü qaliblər elan ediləcək.

“Ən yaxşı tammetraj sənədli film” nominasiyasında yarışacaq filmlərin siyahısı isə belədir:

Seçim” – 42 dəqiqə, Mansoureh Radfar – İran,
“Ama-Das” – 71 dəqiqə, Marga Gutiérrez – İspaniya,
“Lunàdigas – və ya analıqdan imtina haqqında” – 78 dəqiqə, Nicoletta Nesler, Marilisa Piga – İtaliya,
“Mən ölüncə yaşa” – 83 dəqiqə, Gustav Ågerstrand, Åsa Ekman, Oscar Hedin Hetteberg, Anders Teigen – İsveç,
“Kədər tərbiyəçisi” – 66 dəqiqə, Mina Laamo – Finlandiya,
“Kimliyin səsi” – 90 dəqiqə, James Kicklighter – ABŞ.

“Ən yaxşı beynəlxalq qısa sənədli film” nominasiyasında yarışacaq filmlər:

Bonita”- 25 dəqiqə, Marina França- Brazilya,
“Roza ilə rəqs” -20 dəqiqə, Robert Munoz Ruperez- İspaniya,
“Sükut içində pıçıltı” – 20 dəqiqə, Sarqol Eslamlan- İran,
“Dinlə məni” – 16 dəqiqə, Paula Armijo- İspaniya,
“Çöl çiçəkləri” – 20 dəqiqə, Mariana X. Rivera- Meksika,
“Əzizim, sən buna layiqsən” – 29 dəqiqə, Lamiaa İdriss- Misir.

“Ən yaxşı yerli qısa sənədli film” nominasiyasında yarışacaq filmlər:

“A və 24 digərləri” – 18 dəqiqə, Vüsalə Hacıyeva-Azərbaycan,
“Köz Təndir” – 17 dəqiqə, Səməd Ağayev- Azərbaycan,
“Unudulmuş arzular” – 25 dəqiqə, Aynur Kazımova- Azərbaycan,
“Üfürülməmiş şamlar” – 15 dəqiqə, Atanur Nəbiyeva- Azərbaycan,
“Gediş” – 16 dəqiqə, Hunay Saday- Azərbaycan.

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il həm də Polşanın “Vistula” festivalı ilə əməkdaşlıq edir.

Məhz bu məqsədlə festivalda Polşa istehsalı olan üç tammetrajlı, bir qısametrajlı filmin nümayişi olacaq:

Mənə Mariana deyin” – 75 dəqiqə, Karolina Beliavska,
“Məcburi proqram” – 72 dəqiqə, Eva Koçanska,
“Kəndlililər” – 72 dəqiqə, Karol Palka,
“Janna Dark” – 30 dəqiqə, Aleksandr Şamalek.

Festivalın Fransa Institutu ilə apardığı əməkdaşlıq çərçivəsində isə Sébastien Lifshitz-in Petite Fille- balaca qız filmi nümayiş ediləcək.

Festivalda film nümayişlərindən başqa müxtəlif ölkələrin kino mütəxəsisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska tərəfindən ustad dərsləri keçiriləcək.

Builki festival eyni anda həm Bakı, həm də Şəki və Lənkəranda təşkil olunacaq.

Festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunur.

Sevil Film Festivalı 2020-ci ilin sentyabrından keçirilməyə başlayıb.

Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, bu sahə üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.

Eyni zamanda, yeni yerli sənədli filmlərin, eləcə də, beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkməkdir.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Ana səhifəMədəniyyətIII Sevil Sənədli Film Festivalının proqramı açıqlanıb