Hüquq müdafiəçisi hərbi xidmətə aparılır

Bəşir Süleymanlı 2014-cü ildə 3.6 il azadlıqdan məhrum olunub.

Source:


Bəşir Süleymanlı zabit olduğu üçün müharibəyə gedir

Vətəndaş Hüquqları İnstitutunun (VHİ) rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı hərbi xidmətə çağrılıb.

Bu barədə Meydan TV-yə danışan Bəşir Süleymanlı bildirib ki, ona yaşadığı rayonun Hərbi Komissarlığından zəng edərək sentyabrın 29-da gəlməyini istəyiblər.

Bəşir Süleymanlı zabit olduğu üçün hərbi xidmətə çağrıldığını bildirib:

“Mən 2004-2005-ci illərdə motoatıcı briqadasında xidmət etmişəm”.

Bəşir Süleymanlı 2014-cü ildə 3.6 il azadlıqdan məhrum olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda, o cümlədən seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilirdi. Bəşir Süeymanlı 2015-ci ilin martında əfv edilib.

Prezident İlham Əliyev sentyabrın 28-də Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Ana səhifəSiyasətHüquq müdafiəçisi hərbi xidmətə aparılır