Human Rights Watch: Arif və Leylaya təcili tibbi yardım lazımdır

“Azərbaycanın tərəfdaşları açıq-aşkar bildirməlidirlər ki, onların Bakı ilə münasibətləri hökumətin qanunun aliliyinə sadiqliyindən asılı olacaq”

Source:


“Azərbaycanın tərəfdaşları açıq-aşkar bildirməlidirlər ki, onların Bakı ilə münasibətləri hökumətin qanunun aliliyinə sadiqliyindən asılı olacaq”

Oktyabrın 12-də Bakıda məhkəmə həbs edilmiş hüquq müdafiəçiləri Leyla və Arif Yunusun apellyasiyasına baxacaq. Hakimiyyət bütün ittihamları ləğv etməli və Yunusları azad etməlidir, bu barədə Human Rights Watch-un bəyanatında deyilir.

“Məhkəmə Azərbaycanda qanunçuluğun və ədalətin bərpasına doğru bir addım ata bilər”, deyə Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.

Leyla Yunus avqustun 13-də 8,5 il, həyat yoldaşı Arif isə 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Onlar həmçinin dövlətə xəyanətdə ittiham ediliblər, buna görə daha sonra mühakimə olunacaqlar.

Leyla Yunus Azərbaycanın aparıcı hüquq müdafiəçilərindən biridir, Sülh və Demokratiya İnstitutunun direktorudur, Arif Yunus isə tarixçi və ekspertdir.

Hər ikisi ciddi xroniki xəstəliklərdən əziyyət çəkirlər və təcili tibbi yardıma ehtiyacları var. Leyla Yunus diabetin ağır formasından, hepatit C-dən, hipertoniyadan və s. əziyyət çəkir. Arif Yunus həbsdə olarkən dəfələrlə ürəktutmalar və hipetoniya böhranları keçirib. “Bu insanlar üzərində məhkəmə və onların həbsxanada saxlanılması ədalətli mühakimənin ələ salınmasıdır”, deyə Denber bildirib.

2012-ci ildən hökumət onlarla fəalı və hüquq müdafiəçisini, müstəqil jurnalisti, siyasi xadimi və blogeri təqib edir, qorxudur və həbs edir.

“Azərbaycanın tərəfdaşları açıq-aşkar bildirməlidirlər ki, onların Bakı ilə münasibətləri hökumətin qanunun aliliyinə sadiqliyindən asılı olacaq. Leyla və Arifin indiyədək həbsdə olması və onlara qarşı saxta dövlətə xəyanət ittihamının ləğv edilməməsi hakimiyyətin qanunun aliliyinə riayət etmək niyyətində olmadığını göstərir”, deyə Denber bildirib (Turan İA) .

Ana səhifəXəbərlərHuman Rights Watch: Arif və Leylaya təcili tibbi yardım lazımdır