Mənbə: Meydan TV

HRW: Ötən il Azərbaycanda insan hüquq və azadlıqları məhdudlaşdırılıb

“Müxalifətçi jurnalistlərin, habelə xaricdən hakimiyyəti tənqid edənlərin qohumları təqib olunub”

“Human Rights Watch” (HRW) hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair növbəti illik hesabatını açıqlayıb.

“Turan”ın məlumatına görə, Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, 2019-cu ildə ölkə hakimiyyəti əsas insan hüquq və azadlıqlarını sərt şəkildə məhdudlaşdırmaqda davam edib.

Həmin dövrdə hakimiyyəti kəskin tənqid edən 50-yə yaxın hüquq müdafiəçisi, jurnalist və vətəndaş fəalı həbsdən azad edilib. Ancaq eyni zamanda daha 30 belə tənqidçi həbs olunub:

“Ölkədə işgəncə, qeyri-insani rəftar, sərbəst toplaşma və birləşmə azadlığının pozulması, KİV hüquqlarının və söz azadlığının məhdudlaşdırılması halları davam edir”.

Hesabatda sözügedən pozuntuların hər biri ilə bağlı nümunələr təqdim edilib. Kütləvi hüquq pozuntularına ən bariz nümunə kimi Xalq Cəbhəsi Partiyası fəallarının dinc mitinqinin dağıdılması zamanı polis zorakılığı, kütləvi döyülmələr, həbslər və aksiya iştirakçılarının təhqir olunması göstərilib.

Eyni zamanda polis aksiyanı işıqlandıran jurnalistləri təqib edib, həmçinin aksiyalarda iştirak edənləri dindirməyə çağırıb.

Hesabatda vəkillərin təqib olunması və müxalifətçilərin hüquqlarını müdafiə etdiklərinə görə lisenziyalarından məhrum edilməsi faktları xüsusilə qeyd olunur.

Müxalifətçi jurnalistlərin, habelə xaricdən hakimiyyəti tənqid edənlərin qohumlarının həbsi və təqib edilməsi ətraflı təsvir edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u5a13h

Ən çox baxılan