Hərbçilər Sudan prezidenti Ömər Әl Bәşәri devirdikdən sonra hәbs etdilər

Әl-Bәşәrin hazırda harada saxlanmasıyla bağlı mәlumat verilmir.

Source: google.az


Sudanda 3 aylıq fövqәladә vәziyyәt elan olunub

Bir aylıq etirazlardan sonra Sudanda hakimiyyәt dәyişikliyi baş verib. Ordu Ömәr әl-Bәşiri vәzifәsindәn alaraq onu hәbs edib. Bu haqda Almaniyanın dövlәt telekanalı "Deutsche Welle" mәlumat yayıb. Mәlumata görә, eyni zamanda hәrbi qüvvәlәr hakimiyyәti әn azı iki il müddәtinә öz üzәrinә götürüb.

"Deutsche Welle" bildirir ki, bu sürpriz xәbәri Sudanın müdafiә naziri Avad ibn Auf hәyәcanla gözlәnәn televiziya danışığında sәslәndirib. Onun bildirdiyinә görә, 30 il hakimiyyәti idarә edәn әl-Bәşәr hәbs olunub vә tәhlükәsiz bir yerә aparılıb, hәrbi qüvvәlәr hakimiyyәti әlә keçiriblәr. Onun sözlərinə görə, hәrbi qüvvәlәrin iki illik keçid hakimiyyәtindәn sonra seçkilәr keçirilәcәk. O, ölkәdә 3 aylıq fövqәladә vәziyyәt elan olunduğunu qeyd edib.

Hәmçinin vitse-prezident vәzifәsini üzәrinә götürәn İbn Auf daha sonra çıxışında qeyd edib ki, Sudanda insanlar rejimin әlindә çox әzab çәkiblәr: “İnsanlara hәmişә yalan danışılıb vә boş vәdlәr verilib".

Әl-Bәşәrin hazırda harada saxlanmasıyla bağlı mәlumat verilmir.

Əl-Bəşir 1989-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi. O, 2008-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Darfurda yerli xalqlara qarşı soyqırımda ittiham olunaraq 1 il sonra axtarışa verilmişdi.

Ömәr әl-Bәşir 2015-ci ildə prezident seçkisində 94 faizlə qalib elan olunmuşdu.

Ana səhifəDünyaHərbçilər Sudan prezidenti Ömər Әl Bәşәri devirdikdən sonra hәbs etdilər