Hər şey yaxşılığa doğru

Mən on ildən artıq bir müddətdir ki, Azərbaycan siyasətindəyəm və Azərbaycan demokratik hərəkatında indi olduğu qədər müsbət və ümidverici dinamika müşahidə etməmişəm.

Source:


Mən on ildən artıq bir müddətdir ki, Azərbaycan siyasətindəyəm və Azərbaycan demokratik hərəkatında indi olduğu qədər müsbət və ümidverici dinamika müşahidə etməmişəm.

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra nə baş verəcəyinə dair real baxışın olması vacibdir. Beynəlxalq qınaq və KİV-də Əliyev rejiminin qeyri-legitim olması barədə yazılanlara baxmayaraq, beynəlxalq ictimaiyyət rejim ilə sıx əməkdaşlığa davam edəcək. Xüsusilə ABŞ və İngiltərə Əliyevlər ilə əməkdaşlığı artıra və genişləndirə bilər. Bu başa düşüləndir – 2014-2015-ci illərdə ABŞ əsgərlərinin Əfqanıstandan Azərbaycan ərazisi vasitəsi ilə çıxarılması və regionda Amerika öz prioritetlərini diktə edərkən, Britaniya Azərbaycanın neft və qaz layihələrində xüsusi mövqeyini təmin etmək və saxlamaq istəyir.

Bu seçki xaricdən heç bir dəstək almayıb. 2013-cü il Azərbaycan demokratları üçün müxalifətin birləşməsi, Milli Şuranın yaradılması və təşkili, təşviqat və təşkilatlanmanın özəyinin qoyulması, media müharibəsində qələbə, ictimai əlaqələr və kommunikasiya strategiyasının inkişaf və genişləndirilməsi, Azərbaycan diasporunun səfərbər olunması, konstitusional nöqteyi-nəzərdən Əliyevin üçüncü müddət prezidentliyinin gələcəkdə məhkəmədə baxılması üçün hüquqi əsasların yaradılması ili oldu.

Qarşıya qoyulan bu və digər məsələlər lazımi qaydada yerinə yetirilmişdir.

Seçkisonrası dönəmin 2-ci Fazasına start verildiyi halda, biz səylərimizi diqqətdə saxlamaq və daha çox çalışmalıyıq. Növbəti seçki dövrünə kimi hələ iki il var. Biz nailiyyətlərimizə əsaslanaraq gələcək addımlarımızı atmalıyıq və mən çox şadam ki, bu an hələ itirilməyib.

12 oktyabrda biz uzun illər ərzində Bakıda ilk dəfə olaraq ən böyük etiraz mitinqi təşkil etdik. Polis təhdid və zorakılığına baxmayaraq 10000 insan etiraz mitinqinə toplandı.

Milli Şurasının rəhbərliyi artıq 2015 parlament seçkilərində namizədlərin ümumi siyahısını müzakirə edir. Eyni zamanda beynəlxalq kampaniya durmadan davam edir. Bizim namizəd Cəmil Həsənli hazırda Avropadadır ( Fransa və Belçika) və bu ayın sonlarında Vaşinqtona səfər edəcək.

Mən on ildən artıq bir müddətdir ki, Azərbaycan siyasətindəyəm və Azərbaycan demokratik hərəkatında indi olduğu qədər müsbət və ümidverici dinamika müşahidə etməmişəm.

Hər şey daha da yaxşıya doğru getməlidir.

Ana səhifəMənim FikrimcəHər şey yaxşılığa doğru