“Harri Potter” serialının qəhrəmanından gözlənilməz qərar

Deniel Redkliff (ortada). Foto: Anton_Ivanov/shutterstock

32 yaşlı Deniel Redkliff daha kinoya çəkilməyəcək

“Harry Potter” serialının qəhrəmanı Deniel Redkliff aktyorluq karyerasına son qoyduğunu deyib.

32 yaşlı aktyor bundan sonra rejissor kimi fəaliyyət göstərəcəyini bildirib.

Deniel Redkliff aktyorluq karyerasını altı aydan sonra sonlandıracaq.

Hazırda o, öncədən planlaşdırılmış filmlərdə çəkilir.

Denilel Redkliff yazıçı Coan Roulinqin “Harri Potter” fantaziya romanları silsiləsi əsasında çəkilmiş eyniadlı serialdakı obrazı ilə məşhurlaşıb.

Redkliffin adı 2009-cu ildə onilliyin ən çox qazanan aktyoru olaraq “Ginnesin rekordlar kitabı”na salınıb.

Həmçinin onun adına kinodakı xidmətlərinə görə Hollivudun “Şöhrət xiyabanı”nda ulduz qoyulub.

“Harri Potter” – Böyük Britaniya və ABŞ istehsalı olan filmlər seriyasıdır.

Serial 2001-ci ildə “Warner Bros. Pictures” tərəfindən yayımlanıb.

İngilis yazıçısı Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir.

Filmlərin çəkilişi on ildən artıq davam edib.

Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. “Harri Potter və Ölüm hədiyyələri — II hissə” ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir.

Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ki, (“Harri Potter və Mələz Şahzadə”) buna 250 milyon dollar sərf olunub. Ən gəlirli hissə isə romanın sonuncu kitabı əsasında çəkilən filmlərdir (“Harri Potter və Ölüm Hədiyyələri”), sonuncu iki seriyanın çəkilişi birlikdə 250 milyon dollardan az xərc tələb edib, lakin birlikdə 2 milyard 300 milyon dollar gəlir gətirib.

“Harri Potter” serialı bütünlükdə 7,7 milyard dollar məbləğində gəlir gətirib və bununla da dünya üzrə yüksək gəlirli seriallar arasında ikinci yeru tutub.

2022-ci il yanvarın 1-də “HBO Max” onlayn kinoteatrında “Harri Potter 20 ildən sonra: “Xoqvartsa dönüş” sənədli filmi nümayiş olunub.

Nümayiş “Harri Potter və fəlsəfə daşı” filminin 20-ci ildönümünə təsadüf edib.

Sənədli filmdə Deniel Redkliff, Emma Uotson, Rupert Qrint və başqaları çəkilib.

Ana səhifəMədəniyyət“Harri Potter” serialının qəhrəmanından gözlənilməz qərar