Hafiz Hacıyevin yarımsaatlıq təbliğat mitinqi

Prezidentliyə namizəd Hafiz Hacıyev təbliğat görüşündə çıxışının böyük hissəsini Milli Şuranın, AXCP sədri Əli Kərimlinin ünvanına tənqid və təhqirlərə ayırdı. Hafiz Hacıyevin görüşünə gələnlərlə söhbət zamanı məlum oldu ki, onların bir çoxu çalışdıqları və təhsil aldıqları müxtəlif idarə və müəssisələrdən məcburən gətiriliblər. Bəzi müsahiblər görüşün İlham Əliyevin təbliğat mitinqi sanıb gəldiyini, bəziləri isə ümumiyyətlə kimin görüşü olduğunu bilmədiyini deyirdi. Mitinqin təxminən yarım saat çəkməsinə rəğmən insanlar meydanı tərk etməyə başlayırdı. Lakin onlara hər iki girişdə çıxmağa manə olurdular. Hafiz Hacıyev, Meydan TV-nin jurnalistinin bu məsələlər haqda sualını təxribat adlandırıb.

Ana səhifəVideoHafiz Hacıyevin yarımsaatlıq təbliğat mitinqi