Gürcüstanda səkkiz müxalifət liderlərinə qarşı cinayət təqibinə başlanılıb

İllüstrasiya: Meydan TV

Jamnews-un materialı əsasında

Gürcüstanda səkkiz müxalifət liderlərinə qarşı cinayət təqibinə başlanılıb. Bunlar Mixeil Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab “Girçi” Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzedir.

İş baş prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən “dövlətə qarşı cinayətlər – sabotaj, xarici dövlətin düşmən fəaliyyətinə kömək, konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi, həmçinin konstitusiya quruluşunun zorakı dəyişdirilməsinə və hakimiyyətin devrilməsinə çağırışlar” ittihamları ilə başlanılıb.

Prokurorluq Mamuka Xazaradze və Badri Caparidze barəsində zaminə buraxılma (zəmanət qarşılığında azadlıq) tədbirinin seçilməsini, digər təqsirləndirilən şəxslər barədə isə, artıq həbsdə olduqları üçün, ilkin məhkəmə dinləməsinin təyin olunmasını istəyib.

Adları çəkilən müxalifət lidrləri barədə qısa məlumat
Mixeil Saakaşvili — Gürcüstanın sabiq prezidenti, “Vahid Milli Hərəkat” partiyasının (UNM) qurucusudur, 2021-ci ildə ölkəyə qayıdarkən həbs olunub və hazırda cəzaçəkmə müəssisəsindədir.
Giorgi Vaşadze — “Strategiya Ağmaşenebeli” partiyasının lideri, islahat yönümlü siyasətçi, hazırda hökumətə qarşı çıxışlarına görə həbsdədir.
Nika Qvaramiya — “Ahali” (Yeni) partiyasının rəhbərlərindən biri, keçmiş “Rustavi-2” telekanalının direktoru, 2025-ci ildə siyasi motivli ittihamlarla həbs edilib. Hazırda da hədsdədir
Nika Meliya — “Ahali” partiyasının digər aparıcı siması, əvvəllər “Vahid Milli Hərəkat”ın sədri olub, etiraz aksiyalarına rəhbərlik etdiyinə görə həbs olunub.
Zurab “Girçi” Caparidze — liberal “Girçi – Daha çox azadlıq” partiyasının lideridir, hakimiyyətin avtoritar siyasətinə qarşı sərt çıxışları ilə tanınır, hazırda həbsdədir.
Elene Xoştariya — “Droa” partiyasının lideri, Avropa yönümlü siyasətçi və fəal, etiraz aksiyalarında iştiraka görə dəfələrlə saxlanılıb.
Mamuka Xazaradze — “Lelo – Gürcüstan üçün” partiyasının və “TBC Bank”ın həmtəsisçisidir, korrupsiya və maliyyə pozuntuları ittihamları ilə istintaq altındadır.
Badri Caparidze — Xazaradzenin həmkarı və “Lelo” partiyasının digər rəhbəridir, biznesmen və siyasətçidir, eyni ittihamlarla məhkəmə araşdırması altındadır.

Prokurorluğun bəyanatı

Gürcüstan baş prokuroru Giorgi Qvarakidzenin sözlərinə görə, “Gürcüstan hökuməti sülhü qorumaq və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməmək kursunu seçdiyi bir vaxtda”, bəzi müxalifət partiyalarının liderləri (Elene Xoştariya, Zurab Caparidze və Giorgi Vaşadze) guya xarici dövlətlərin nümayəndələrinə neft məhsullarının idxalıGürcüstanın hərbi sektoru haqqında məlumatlar ötürüblər.

İstintaqın iddiasına görə, onlar “Gürcüstan hava məkanının İran pilotsuz uçuş aparatlarının Rusiyaya göndərilməsi üçün istifadə edildiyi” barədə yalan məlumatlar yayıblar.

Bundan əlavə, baş prokurorun sözlərinə görə, Xoştariya, Caparidze və Vaşadze xarici tərəfdaşlara dövlət qulluqçularının siyahılarını və digər sənədləri təqdim ediblər ki, bu da həmin şəxslərə qarşı sanksiyaların tətbiqinə səbəb olub. Prokuror hesab edir ki, məhz bu fəaliyyət nəticəsində təxminən 300 dövlət məmuru və biznesmenin üzərinə Qərb sanksiyaları qoyulub.

Daha sonra prokuror bildirib ki, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra təqsirləndirilən şəxslər “prosesi radikallaşdırmaq məqsədilə fəal küçə fəaliyyətinə başlayıblar – açıq şəkildə inqilaba, hakimiyyətin devrilməsinə, dövlət binalarının mühasirəyə alınmasına və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fiziki qarşıdurmaya çağırıblar”.

“Yuxarıda qeyd edilənlərdən əlavə, qanuni hakimiyyəti devirmək məqsədilə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz sosial şəbəkə səhifəsi vasitəsilə tərəfdarlarını qanunsuz və zorakı hərəkətlərə çağırıb, mübarizə və aqressiv müqavimətin zəruriliyindən danışıb. O, çıxışlarında tərəfdarlarını hökumət binalarını tutmağa və ‘rejimi devirməyə’ çağırıb”, – deyə prokuror əlavə edib.

Prokurorluq artıq bir ildir davam edən etiraz aksiyalarını ətraflı təsvir edərək bildirir ki, etirazçılara maliyyə və maddi dəstək bir sıra qeyri-hökumət təşkilatlarıxüsusi yaradılmış fondlar vasitəsilə göstərilib, bu fondlar isə beynəlxalq donorlar tərəfindən maliyyələşdirilib.

Ana səhifəXəbərlərGürcüstanda səkkiz müxalifət liderlərinə qarşı cinayət təqibinə başlanılıb