Gürcüstan parlamenti

Mənbə: Foto: arxiv

Başlıq: Gürcüstan parlamenti

Gürcüstan parlamentində kəskin qoxu plenar iclası dayandırıb

Salondakı kəskin qoxunun səbəbi hələ də bilinmir

Gürcüstan parlamentinin plenar iclası zamanı deputatlar dözülməz nəcis qoxusuna görə texniki fasilə elan etməli olublar, - “Novosti-Georgia” məlumat verib.

Dekabrın 12-də iclasda parlament Ali Məhkəmə hakimliyinə namizədləri təsdiqləməli və keçmiş hakim partiya Vahid Milli Hərəkat Partiyasının üzvü Niki Meliyanın (Nicky Melia) məsələsinə baxılmalı idi. Eyni zamanda parlament binasının önündə müxalifət və vətəndaş fəallarının etiraz mitinqi keçirilib. Binaya giriş polis tərəfindən bağlanıb.

Salondakı kəskin qoxunun səbəbi hələ də bilinmir. İclasda hakim Gürcü Arzusu Partiyasının nümayəndələri də olub. Digər parlament üzvləri iclası boykot ediblər.

Parlamentin sabiq spikeri İrakli Kobaxidzenin dediyinə görə, adı açıqlanmayan iki müxalif millət vəkili konfrans otağına girib və salona güclü qoxusu olan naməlum maddə töküb.

Millət vəkili Gia Qaçeçiladze hadisəni “terror aktı” adlandırıb.

RFE/RL xəbər verir ki, bu gün Tbilisidə davam edən etirazlarda polis parlamentin binasına girişi bağladıqdan sonra müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze də daxil olmaqla 12 etirazçını saxlayıb.

Daxili İşlər Nazirliyi dekabrın 12-də aksiya iştirakçılarının kiçik xuliqanlığa görə tutulduğunu qeyd edib və onları polis əmrlərinə tabe olmamaqda günahlandırıb.

Saxlanılanlar Ali Məhkəməyə 19 namizədin seçilməsinə etiraz olaraq qanunverici orqana girişi bağlamağa çalışan onlarla fəal arasında olub.

Etirazçılar namizədlərin hakimiyyət tərəfindən idarə edilən “rezin möhürlü hakimlər” olduğunu qeyd ediblər.

Bir neçə həftədir ki, Tbilisidə ölkənin seçki sistemində islahatlar tələb edən etiraz aksiyaları keçirilir. Müxalifət seçki sisteminin hakim Gürcü Arzusu Partiyasına xidmət etdiyini iddia edir.

ABŞ və Avropa Birliyi dövlətləri siyasi partiyaları və vətəndaş cəmiyyətini “sakit və dinc dialoqa” çağırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7x5y7x

Ən çox baxılan