Məqalə
"Kavkazski Uzel"
saytında dərc olunub
Koronavirus pandemiyası Gürcüstanda seçkiqabağı kampaniyanın keçirilməsinə öz düzəlişlərini edib – deputatlığa namizədlər indi əhali ilə az görüş keçirir. Əvəzindəsə onlar fəal şəkildə özlərini küçələrdə göstərməyə çalışır, seçkiqabağı plakatlar və bilbordlarla bir-biri ilə yarışırlar. Onlar həyətləri, dirəkləri, qarajları, hətta ağacları da təşviqat meydançalarına çevirməyə çalışırlar. Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin edilib. Seçkilərdə iştirak üçün 48 partiya və iki seçki bloku qeydiyyatdan keçib. “Kavkazski uzel” saytının müxbiri İnna Kukucanovanın fotoreportajı.