Goranboyda minaya düşən şəxsin ayağı amputasiya olunub

Mənbə: MN

Vüqar Məmmədov təsərrüfat fəaliyyəti ilə məşğul imiş

Yanvarın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında təsərrüfat fəaliyyətilə məşğul olan Vüqar Məmmədov minaya düşüb. Bu barədə Meydan TV-yə prokurorluqdan verilən məlumatda bildirilir ki, nəticədə 26 yaşlı Vüqar Məmmədovun sol ayağı amputasiya olunub.

“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib”, – məlumatda bildirilir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

2020-ci il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılması barədə razılaşmanın imzalanmasından bu yana 200-ə yaxın adam minaya düşərək həlak olub və ya xəsarət alıb. Onların da əksəriyyəti mülki şəxslərdir.

Ana səhifəSiyasətGoranboyda minaya düşən şəxsin ayağı amputasiya olunub