Gəncədə İcra hakimiyyəti başçısı və müavini xəsarət alıb

Kəlbəcər rayon sakinlərinin aksiyası insidentlə yekunlaşıb

Source:


Kəlbəcər rayon sakinlərinin aksiyası insidentlə yekunlaşıb

Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.

APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı,  orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxşdir, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Ana səhifəXəbərlərGəncədə İcra hakimiyyəti başçısı və müavini xəsarət alıb